Azərbaycanda Top 10 Facebook səhifələri hansıdır? Toplam 20 kateqoriya üzrə Facebook səhifələrin izləyicilərinin statistikasını diqqətinizə təqdim edirik. Bu statistika Socialbakers tərəfindən təqdim olunub. Hər sıralamada 2 rəqəm görəcəksiz: “Local fans” Azərbaycandan olan səhifə izləyici sayını, “Total fans” isə səhifənin ümumi izləyici sayını göstərir.

[metaslider id=3270 cssclass=” alignnormal”]

Deyə bilərsiz ki, artıq izləyici sayı Facebook-da heç nə ifadə etmir, onsuz da orqanik post göstərişi maksimum 2% səviyyələrindədir və s. və ilaxır. Amma SMM ilə məşğul olanlar yaxşı bilirlər ki, izləyicilərə səhifəni bəyəndirmək artıq əvvəlki qədər asan deyil. Bir çox Facebook (və İnstagram) istifadəçisi var ki, daimi şəkildə sizin paylaşımlarınızı bəyənir, amma vaxt keçsə də səhifənizi bəyənmir ki, bəyənmir. Xüsusən yeni açılan səhifələr izləyici sayını artırmaqda çətinlik çəkir. Xüsusən də Facebookdan aktiv, hətta şüurlu şəkildə istifadə edən deyə biləcəyim insanlar səhifəni bəyən istəklərinizi cavabsız qoya bilir. Niyə belə baş verir? İnsanlar hardasa daha çox məxfilik istəyir, səhifəni bəyənəndən sonra reklamın artacağını düşünür, səhifə kontentinə oxşar ifrat kontentə məruz qalacağından qorxur… Səbəblər müxətlifdir. Bu mövzüda sizə yeganə tövsiyəm səhifə izləyicilərinizə dəyər verin. Onlar adi səhifə izləyiciləriniz deyil, sizin icmanızdır, hardasa sizin fanatlarınızdır. Belə.