Belə baxanda həyatımız başdan aşağı problemdir. Həyatımız bu problemləri həll etməklə keçir desək yalan da olmaz. Bəzən o qədər problem içində üzürük ki, problemin kökü nədir görə bilmirik, heç axtarmırıq da. Bu bloq yazısında sizə ən bəyəndiyim problemin kökünə çıxmaq üsullarından biri və ən sadəsi olan “5 Niyə” barədə bəhs edəcəm.

Sakichi Toyoda problemin kökü

“5 Niyə” (ingiliscə “5 Whys technique”) Toyota şirkətinin rəhbər tutduğu əsas biznes prinsiplərindən biridir. Məşhur yapon ixtiraçısı və sənayeçisi Sakichi Toyoda tərəfindən hazırlanıb və Qənaətcil İstehsal fəlsəfəsinin təməl daşlarından biridir.

Tətbiqi sahəsindən asılı olmayaraq 5 Niyə yanaşması istənilən problemin kökünə çıxmağa və problemin yaradan əsl səbəbi ortaya çıxarmağa imkan verir. Bir çox hallarda problemin kökü heç gözləmədiyimiz belə ola bilər. Yalnız əsl səbəbi bilsək həmin problemi kökündən həll edə bilərik. Elə isə gəlin bu 5 Niyə yanaşmasının təcrübədə belə tətbiq olunduğunu görək.

Misal üçün səhər işə gedərkən qırmızı işıqdan keçib cərimələndiniz. Bu bir problemdir və problemin əsl səbəbi heç də hər zaman üzdə olmur. Gəlin problemin kökü nədir onu 5 Niyə sualı soruşaraq öyrənək:

problemin kökü polis

Problem: Qırmızı işıqda keçdin.

1. Niyə qırmızı işıqda keçdin? Çünki işə gecikirdin.

2. Niyə işə gecikirdin? Çünki gec oyandım.

3. Niyə gec oyandın? Telefonda zəngli saat çalmadı.

4. Niyə telefonda zəngli saat çalmadı? Çünki batareyası bitmişdi.

5. Niyə batareyası bitmişdi? Çünki adapter işdə qalmışdı və evə batareyanı doldura bilməmişdim.

Deməli 5 Niyə sualını soruşandan sonra problemin əsl səbəbinin adapteri işdə unutmaq olduğunu öyrəndin. Problemin həlli üçün isə nə etmək lazımdır? Düzdür, ikinci adapter alıb birini evdə qoymaq.

İş həyatında da yaranan problemin kökü nədir öyrənmək üçün 5 Niyə üsuallarından istifadə etmək işinə yarayacaq. Misal üçün:

problemin kökü ofis

Problem: İşdə hamıdan çox işləsəm də özümü yetərli qədər məsuldar hiss etmirəm.

1. Niyə çox məşğul olsam da özümü məsuldar hiss etmirəm? Çünki daxil olan emaillər və iş yoldaşlarımın kiçik sorğuları öz işlərimdə fokuslanmağa imkan vermir.

2. Niyə daxil olan sorğular və iş yoldaşlarımın kiçik sorğuları mənim öz işlərimdən daha vacibdir? Çünki, iş yerimə mən emaillərə qısa müddətdə cavab verən kimi tanınmaq istəyirəm. Mənim emaillərimə də gec cavab verəndə, istəklərimi geri çevirəndə əsəb keçirirəm.

3. Niyə bu cür hallarda əsəb keçirirəm? Çünki mənim üçün işi vaxtında görmək çox vacibdir.

4. Niyə mənim üçün işi vaxtında görmək çox vacibdir? Çünki, mən işi vaxtında görməyəndə iş yoldaşlarım mənim haqqımda “yarıtmaz” deyə düşünəcəklər.

5. Niyə yarıtmaz olmağım məni qorxudur ki? Çünki hazırda işlədiyim sahə mənim üçün yetərlidir və bu sahədə kifayət qədər biliyə malik deyiləm.

Deməli özümü kifayət qədər məsuldar hiss etməməyimin əsl səbəbi treyninq azlığı imiş.

Bir vacib məqamı da qeyd edim ki, Niyə sualının sayı 5-dən çox da ola bilər. Əsas məsələ həqiqi problemi üzə çıxartmaqdır. Bunun üçün 6 dəfə də Niyə sualını soruşmaq olar. Amma çox da dərinə getməyin. Yoxsa bir vaxtların populyar mahnısında deyildi kimi “səbəblər içində tənha qalıb, özünüz-özünüzü aldadacaqsınız”.