Bu yazını oxuyursunızsa, yəgin ki marketinqin nə qədər ciddi elm olduğuna inanırsız. Bəs bu qədər ciddi elminin prinsipial olduğunu bilirdinizmi? Effekitv marketinq xətrinə marketerlərin riayyət etməli olduğu 10 əsas marketinq prinsipi diqqətinizə təqdim edirik:
1. Əvvəl strategiya, sonra taktika
Bütün marketinq fəaliyyətləri marketinq strategiyasına uyğun hazırlanıb həyata keçirilməlidir. Marketinq strategiyası ilk olaraq hədəf aauditoriyasının mümkün qədər daraldıb, ona məhsulun fərqli və üstün cəhətlərini kommunikasiya etmə yollarını müəyyən etməkir. Bunu etmədən, ideal müştərini tanımadan, öz məhsulun rəqiblərdən fərqli və üstün cəhətlərini bilmədən heç bir marketinq fəaliyyəti uğurlu olmayacaqdır.
2. Rentabellik dəyişməz şərtdir
Marketinq xərc deyil, yatırımdır. Hər bir yatırım kimi də, yatırımçiya mənfəət gətirməlidir. Hər bir marketinq xərci gəlirlilik baxımından dəyərləndirilməli, bunun əsasında həyata keçirilib-keçirilməməsi barədə qərar qəbul edilməlidir.
3. Bazar payını itirmək ölümə bərabərdir
Marketerə xoşbəxt olmaq üçün 3 şey lazımdır: “Bazar payı, bazar payı, bazar payı”. Satışlar azala ya da arta bilər. Mənfəət inanılmaz həddə çata bilər. Amma sizin bazar payınız rəqiblərdən böyük deyilsə, ilbəil azalırsa deməli ölümə doğru gedirsiz. Bazar, yəni müştəri güclü olanları sevir. Güclü olanlar rəqiblərini əzir, böyüməyə qoymur. Marketinqin başlıca məqsədi daha böyük bazar payını əldə etmək olmalıdır. Rəqabətdə qalib gəlmək üçün ən güclü olmaq azdır – şirlər arasında şir olmaq çətindir, hər an səni taxtdan sala bilərlər. Əsas çaqqallar arasında şir olmaqdır.
4. Fərqlənmək rəqabətdə üstün olmaq deməkdir
Bir daha xatırladaq – marketinq müharibələri insanların süurunda cərəyan edir. İnsanın şüurunda qalmaq üçün ən effektiv və rahat yol rəqiblərdən nədəsə fərqli olmaqdır. Yaxşı mənada fərqlənmək isə böyük uğurdur. Rəqibiniz dünyada 1 nömrəli şampundur? Siz, kəpək əleyhinə 1 nömrəli şampun olun.
5. Məhsulu satmayın, elə eləyin ki, məhsul özü-özünü satsın.
Heç bir müştəri ona mal satılmasını arzulamır. Arzulamır nədir, hamının açıq-aşkar satış cəhdlərindən zəhləsi gedir. Əsl marketerlər ilk növbədə məhsula ehtiyac yaradır, müştəridə olan bu ehtiyacı üzə çıxarır. Daha sonra gözə girməyəcək şəkildə məhsula işarə edir ki, bəlkə ehtiyacın ola? Bəlkə bu problemini həll edə? Ən xoşuma gələn reklam tərifi bilirsiz hansıdır? “Ən yaxşı reklam ağladan reklamdır. Əgər cib dəsmalı reklam edirlərsə.”
6. İnsanlar mal almır, hiss alır
Satdığınız əmtəə sizin stokda olduğu müddətcə mal hesab olunur. Rəfə, satışa çıxdığı an o artıq mal deyil, baldır. Müştərinin dərdinə dava olacaq bal. Müştərini malınızı nə üçün alır? Arzuladığı hissləri yaşamaq üçün. iPhone adi (yaxşı adidən bir az yaxşı) telefondur, amma onu alanda, dost-tanışın arasında ilk dəfə (dəfələrlə) çıxarıb masaya qoyduğun an yaşadığın hissləri ancaq yaşayanlar bilər.
7. Köhnə müştəri 10 təzə müştəridən yaxşıdır
Yeni müştəriyə məhsulun barədə məlumatı çatdırmaq, rəqibin malından əl çəkib sənin malını almağa sövq etmək min bir əziyyətdir. Köhnə müştəriyə isə daha əvvəl aldığı malı satmaq daha az cəhd və büdcə tələb edir. Üstəlik, razı müştəri məsləhət marketinqi sayəsində sizin canlı reklam bilbordunuzdur, bütün dost-tanışınıza sizin məhsulu reklam edib satdırmayana qədər əl çəkən deyil.
8. Kreativ olun
Kreativ reklamın duzudur. Dadsız yeməyə duz qatıb necə iştahla yemək olarsa, məhsulunuzun reklamına gəşəng kreativ ideya qatıb satışları partlada bilərsiz. Amma 1 yeganə şərtlə: kreativ kreativ xətrinə olmamalıdır. Satan kreativ olmalıdır. Kreativdən tələb olunan müştərinin diqqətini çəkmək və məhsulu tələb olunan şəkildə yadda saxlamağa kömək etməkdir. Yəni brend vədi ilə məhsul arasında güclü bağ yaratmaqdır. Bu reklamdakı kimi:
9. Plansız iş görməyin
Plansız iş görmək limana doğru istiqamət tutmadan dənizdə dolanan gəmiyə üzməkdir. Marketinq işi plan sevir. Marketinq bir prosesdir – bu səbəbdən də görüləcək işlər planlı şəkildə, müəyyən ardıcıllıqla həyata keçirilməlidir. Müştərini tanımadan, nə istədiyini, nə düşündüyü bilmədən reklam mesajı hazırlamağımız nə qədər doğrudur?
10. Davamlı olun
Müştəri əldə etməyə çalışmaq evlənmək (ya da ərə getmək) kimidir. Brend müştəridən loyallıq tələb edirsə, özü də ilk növbədə loyal olmalıdır. Müştərisinə qarşı daima diqqətli olmalı, onun ehtiyaclarını ödəməli, problemlərini həll etməlidir. Vaxtaşırı kiçik sürprizlər etməli, hədiyyələri də unutmamalıdır. Və ən əsası: fasiləsiz, ara vermədən müştərini, onu seçdiyi üçün tərifləməli, ona minnətdar olmalıdır. Müştəri kimi görmək istədiyi şəxs də nazlı gəlin kimidir. Nazlı gəlin, daima şəxsinə qarşı diqqət istəyir. Brend, reklam mesajını davamlı şəkildə potensial müştərisinə mümkün olan bütün kanallar vasitəsi ilə çatdırmağa çalışmalıdır. Müqəddəs yer heç vaxt boş olmur. Siz bir az ara verən kimi, rəqib brend müştərinizin gözünün önündə, daha sonra isə şüurunda yer alacaqdır. Rəqib müştərinin şüurunu ələ keçirdisə, sizə ora dönüş çox çətin olacaqıdır.
Marketinqdə siz də prinsipial olun. Bu 10 marketinq prinsipi peşəkar marketer həyatınızın 10 qanunu olsun.