Ronald Tobias, “20 Master süjet və onları necə qurmaq olar” adlı məşhur kitabında 20 ümumi hekayə süjetini təsvir edir və onların ətrafında hekayələrin necə qurulacağına dair praktiki tövsiyələrini verir. Gəlin bu süjetlər və praktiki tətbiqi sahələri ilə daha yaxından tanış olaq.

1. Kvest (Quest – Axtarış)

Hekayə Qəhrəmanı nəyisə, kimisə və ya hardasa axtarır. Əslində, o özünü axtarır, amma hekayənin kulminasiyasına və ya sonuna qədər bunun fərqində olmur. Qəhrəmanın yanında yol yoldaşı, sirdaşı olur – onun əksikliklərini tamamlayan, ona yol boyu dəstək və sirdaş olan. Qəhrəman nə qədər müsbət keyfiyyətlərə sahib olsa da yol yoldaşı öz müdrik məsləhəti və sədaqəti ilə Qəhrəmana məqsədinə nail olmağa kömək edir.

BUKA Magazin - Miguel de Cervantes: Don Kihot
Don Quixote

2. Macəra

Macərə hekayəsində də Qəhrəman axtarışa gedir, amma burda əsas fokus səyahətin son məqsədinə və Qəhrəmanın şəxsi inkişafına deyil, sırf macərada olur. Macəra intensiv və həyacan dolu hadisələr ilə zəngin olur, oxuyucunu düşündürməkdən daha çox əyləndirir.

🏴‍☠️Treasure Island - FULL AudioBook 🎧📖 | by Robert Louis Stevenson -  Adventure / Pirate Fiction - YouTube

3. Təqib

Təqib süjetli hekayədə Qəhrəman öz antipodunu (tək və ya dəstəni) təqib edir. Bəzən onu küncə sıxışdırır, o da son anda əlindən qaçır. Hekayədən asılı olaraq sonda Qəhrəman təqib etdiyini yaxalaya bilər, bəzən də dostlaşıb onu buraxa bilər.

35 Facts about the movie Catch Me If You Can - Facts.net

4. Xilasetmə

Xilasetmə süjetində bir və ya bir neçə nəfəri xilas etmək tələb olunur. Qəhrəman tək və ya öz dəstəsilə missiyaya yola düşür və yol boyu qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək məqsədinə nail olur.

Amazon.com: Saving Private Ryan : Tom Hanks, Edward Burns, Matt Damon, Tom  Sizemore, Robert Rodat, Steven Spielberg, Steven Spielberg, Ian Bryce, Mark  Gordon, Gary Levinsohn: Movies & TV

5. Qaçış

Xilasetmə hekayəsindən fərqli olaraq Qaçış süjetində həbs olunan, əsir saxlanılan Qəhrəman öz xilas olmağa çalışır. Qəhrəmanın azadlığın əlindən alan Antipod onu heç cür buraxmaq istəmir, yalnız gərgin mübarizə nəticəsində Qəhrəman azad olmağa nail olur.

46 Facts about the movie The Shawshank Redemption - Facts.net

6. İntiqam

İntiqam süjet hekayəsində Qəhrəman zülmə məruz qalır, günahsız olduğu halda ittiham olunur və ya yaxınlarını itirir. Qəhrəman emosional sarsıntı keçirir, özünə gəlir və hazırlıq görərək düşməndən intiqamını alır.

Zorro | Fort Worth Opera

7. Tapmaca

Tapmaca süjetli hekayə oxuyucunu əyləndirir, həyacanda saxlayır və sözü gedən tapmacanı Qəhrəmandan öncə tapmağa, həll etməyə sövq edir. Müəllif hekayəyə drama qataraq tapmacanın vaxtında tapılmaması halında hekayəni fəlakətlə bitirə bilər.

Angels & Demons - Movie - Where To Watch

8. Rəqabət

Rəqabət süjetində qatı düşmən iki nəfər və ya iki dəstə bir-biri ilə yarışır. Bəzən bu mübarizə fəlakətlə nəticələnir, bəzən də vasitəçi hesabına iki tərəf barışır və birgə yaşamağa öyrənir. Bu rəqabət hansısa məhdus resurs, ya da sevgi üçbucağı şəklində də özünü biruzə verə bilər.

Why Did Batman & Superman Fight in 'Batman v Superman: Dawn of Justice'?

9. Gizli Qəhrəman (Underdog)

Bu hekayənin Qəhrəmanı öz rəqibindən və ya onu gözləyən çətinliklərə qarşı inanılmaz dərəcədə zəif və hazırlıqsız olur. Amma inanılmaz əzmi və bəzən də dostlarının, sevgilisinin dəstəyi ilə Qəhrəman güc toplayır və rəqabətdə qalib gəlir.

Captain America: The First Avenger | Disney+

10. Tamah

Tamah süjetində baş qəhrəman daxilindəki tamahkarlıq hissləri ilə mübarizə aparır. Bəzən hisslər ona, bəzən də o hisslərinə qalib gəlir.

Преступление и наказание 1 серия (1969) | Драма - YouTube

11. Metamorfoz

Bu fantastik süjetdə baş qəhrəman fiziki olaraq hansısa bir vəhşi heyvana, yadplanetliyə, ya da mücərrəd bir varlığa dönüşür. Qəhrəman süjet boyu öz yeni varlığı ilə mübarizə aparır, sonda isə ya ölür, ya da ülvi sevgi hesabına öz əvvəlki vəziyyətinə qayıdır.

The Metamorphosis | Franz Kafka - YouTube
The Metamorphosis by Franz Kafka

12. Transformasiya

Transformasiya süjetində Qəhrəman gözlənilməz bir hadisə nəticəsində kəskin dəyişir ya da böyük bir çətinlik ilə qarşılaşır. Süjet boyu öz üzərində işləyərək daha yaxşı özünə çevrilir.

Beauty and the Beast' is not a compelling equivalent of the 1991 animated  movie - CSMonitor.com

13. Yetişmə

Yetişmə süjeti transformasiya ilə oxşar olsa da adətən daha gənc qəhrəmanın çətin bir şəraitdə böyüməsini, bəzən müdrik bir insanın dəstəyi ilə hamını valeh edəcək bir şəxsiyyətinə çevrilməsindən bəhs edir.

We Shouldn't Always Feel Comfortable: Why 'To Kill a Mockingbird' Matters -  National Council of Teachers of English

14. Sevgi

Sevgi hekayəsində sevgililər bir-birini tapır, bir-birinə aşiq olur, onları ayırmaq istəyən qüvvələrə qarşı mübarizə aparır və sonda bir-birinə qovuşurlar.

Watch The Notebook | Prime Video

15. Qadağan olunmuş sevgi

Bu süjetdə sevgililərin qovuşmasının qarşısını alan müəyyən sosial qadağalar, mentalitet və ya da cəmiyyətdəki stereotiplər var. Hekayənin sonu bu normalara qarşı mübarizənin nə qədər uğurlu olacağından asılıdır.

Romeo and Juliet: Star-Crossed Spectacle | Current | The Criterion  Collection

16. Qurbanvermə

Qurbanvermə süjetində Qəhrəman sevdiklərini, ailəsini, cəmiyyəti dünyayı düşməndən qorumaq üçün özünü fəda edir. Bəzən Qəhrəman heç kimin gözləmədiyi bir şəxs də ola bilər.

Lord of the Rings' & Frodo Baggins: Book vs. Film | National Review

17. Kəşf

Kəşf süjeti dəhşətli bir əşya və ya hal kəşf edən Qəhrəmanın çətin seçim qarşısında qalmasını və bu qərarı vermək üçün yaşadığı mübarizədən bəhs edir. Bəzən bu kəşfin nə qədər təhlükəli olması öncədən bilinməyə bilər, ya da heç kimin əhəmiyyət vermədiyi bir nəfər onun haqqında öncədən xəbərdarlıq edər.

Interstellar Official Soundtrack | Full Album – Hans Zimmer | WaterTower -  YouTube

18. Həddi aşma

Bu süjetdə Qəhraman heç kimin cəsarət etmədiyi qaydaları pozmağa, səddi aşmağa, sosial normal və qadağaları pozmağa cəhd edir. Bu mübarizə nəticəsində Qəhrəman cəmiyyətin bu problemə baxışını dəyişə, ya da özünü fəda edə bilər.

Why Baz Luhrmann's 'The Great Gatsby' Is A Modern Classic – IndieWire

19. Yüksəliş

Yüksəliş süjetində Qəhrəman böyük günah sahibi kimi dibdən başlayır. Ətraf çətinliyə və daxildəki şeytana qalib gələrək yüksəlir və özünə qalib gəlir. Sevdiklərinin ona qarşı etibarını və rəğbətini qazanır.

Sylvester Stallone Shares Behind-The-Scenes Footage From The Making of ROCKY  II — GeekTyrant

20. Eniş

Yüksəlişin əksinə olaraq, başlanğıcda yüksək mövqedə olan Qəhrəman, stresin öhdəsindən gələ bilmədiyi və ya çətinliyə məğlub olduğu üçün bütün müsbət keyfiyyətlərini itirir və hamının nifrət etdiyi bir şəxsə çevrilir.

Michael Corleone en un fotograma de The godfather. Part II. Fuente;... |  Download Scientific Diagram

Bu 20 süjet kontent yaradıcıları və kopirayterlər üçün brend hekayəsini hazırlayanda və ya reklam üçün ssenari yazanda faydalanmaq üçün yaxşı mənbədir. Faydalı olmaq ümidilə…