“Qiymət nədir?” sualına hər kəs cavab verəbilər. Bunun üçün nə iqtisadçı, nə də marketer olmaq tələb olunmur. Amma iş təcrübəyə çatanda, düzgün qiymət qoymaq üçün qiymətqoyma əsaslarını mənimsəmək tələb olunur.
Şirkətin satış həcmi 2 elementin hasilidir: məhsul x qiymət. Riyaziyyatdan bildiyiniz kimi, satışı artırmaq üçün hasillərdən ən az birini artırmaq kifayətdir. İqtisad elmi isə deyir ki, məhsul həcmi və qiymət tərs mütənasibdir: məhsul artırsa qiymət azalır və əksinə. Qiyməti araşdırarkən alimlər müşahidə ediblər ki, şirkətin gəlirliyini artırmaq üçün ən sürətli və ən effektiv yol düzgün qiymətqoymadır.
Düzgün qiymət mənfəəti daha tez artıra bilər, nə inki satış həcminin artırılması. ABŞ-da konsaltinq şirkəti tərəfindən 2 400 şirkət arasında aparılan araşdırma qiymətqoymanın əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi. Bu şirkətlərin fəaliyyəti mənfəətə təsir edən 4 amil üzrə təhlil olundu: satış həcmi, istehsal xərci, qiymət və sabit xərclər. Bu 4 meyarın 1% faiz təkminləşdirilməsinin gəlirliyə təsiri aşağıdakı cədvəldəki kimi müşahidə olunmuşdu.
Cədvəldən göründüyü kimi sabit xərclərin 1% azaldılması gəlirliyi 2,3% artırırdısa, qiymətin 1% artması gəlirliliyi 11,1% artırabilir.Satış həcminin 1% artması isə gəlirliliyi 3,3% artır. İstehsal xərcinin 1% qədər xırda təkminləşdirilməsi də öz növbəsində gəlirliliyi 7,8% artmağa qadırdır. Bu amillər arasında ən güclüsü isə qiymət, daha doğru düzgün qiymətdir.
Düzgün qiymət düzgün qiymətqoyma nəticəsində yaranır. Düzgün qiymətqoyma üçün gəlirliliyə təsir edən bütün amilləri: mayə dəyəri, brend dəyəri, əməyin səmərəliliyi və digərlərini nəzərə almaq lazımdır. Mənfəətdəki payına görə isə priotetləri müəyyən edib həmin amili təmninləşdirməyə çalışmaq lazımdır. Bir misal: nəhəng istehsal müəssəsinin istehsal etdiyi borunun mayə dəyərində əsas pay polad xammalına məxsusdur. Aydındır ki, kimin poladı daha ucuza başa gəlirsə, onun qiyməti daha rəqabətqabiliyyətli olacaq. Amma xidmət müəssisəsində əsas xərcləri maaş təşkil edirsə nə etməli? Şirkətin işçi hesabına qazancını artırmaq lazımdır – yəni hər bir işçi şirkətə daha çox pul qazandırmalıdır.
Düzgün qiymətqoyma şirkətin strateji yanaşması olmalıdır. Mayə dəyərinə fokuslanan şirkətlər qısa zaman çərçivəsində gəlirliyini artıra bilsələr də, uzun müddətli perespektivdə uduzmağa məhkumdur. Bunun əksi olaraq brend dəyərinə uyğun yüksək qiymət qoya bilən şirkətlər daima lider mövqeyində qalacaqlar. Apple şirkəti buna ən gözəl nümunədir.