Müştəriyə veriləcək 20 sual

Marketinq agentliyinin müştəriyə göstərdiyi xidmətin səviyyəsi və gördüyü işin effektivliyi müştəridən ala bildiyi məlumatdan asılıdır. Niyə aldığı yox, ala bildiyi yazdım? Çünki, müştəri marketer olmaya bilər – onu düzgün istiqamətləndirmək, düzgün suallar soruşmaq və tələb olunanları bilmək marketinq agentliyinin, daha doğrusu müştəri xidmətləri menecerinin borcudur. Müştəri ilə görüş zamanı reklam agentliyinə tələb olunan məlumatları əldə etmək üçün müştəriyə veriləcək suallar aşağıdakılardır:

müştəriyə veriləcək suallar

İndiki vəziyyətin öyrənilməsi ilə bağlı müştəriyə veriləcək suallar:

01. Hədəf auditoriyanız kimdir? Fərqləndirici cəhətləri hansılardır?

02. İdeal müştəriniz kimdir? Sizi seçmə səbəbi nədir?

03. Birbaşa rəqibləriniz kimdir, bazardakı mövqeyi nədir, sizdən üstün və zəif olduğu məqamlar hansılardır?

04. Bazarın keçmişinə aid vacib məqamlar, hazırkı vəziyyətini səciyyəndirən əsas cəhətlər, gələcək inkişaf trendləri nədir?

05. Hazırda gündəmdə tutduğunuz məsələlər hansılardır?

06. Biznesdə, satışda və marketinqdə uğur sizin üçün nədir, hansı göstəricilərdir?

07. Marketinq məqsədləriniz, marketinq büdcəniz nədir?

08. Daha əvvəl etdiyiniz bazar və ya müştəri araşdırması varmı?

09. Hazırda harda və necə marketinq fəaliyyəti ilə məşğulsuz?

10. Niyə məhz bu reklam kanallarını seçmisiniz?

11. Müştərilərinizin sizi harda gördüyünü, necə tapdığını bilirsinizmi?

12. Bir müştəri əldə etmək üçün ortalama nə qədər xərc çəkməli olduğunuzu bilirsinizmi?

13. Hazırkı loqotip, sloqan, vizual imic, internet sayt, sosial media hesablarından nə qədər razısız?

müştəriyə veriləcək suallar

Arzu olunan vəziyyəti müəyyən etmək üçün müştəriyə veriləcək suallar:

14. Hazırda (gələcək 1-3 il ərzində) biznesiniz üçün prioritetlər hansılardır?

15. Bu biznes prioritetləri naminə hansı işləri görürsüz (planlamısız)?

16. Qarşıya qoyulan məqsədlərə nail olmaq yolunda hansı fürsətlər və maneələr var?

17. Biznesinizin lokomotiv, yəni əsas mənfəət gətirən məhsulu (xidməti) hansıdır?

18. Məhsul cərgəsində hansı dəyişikliklər etmək istəyirsiz?

19. Növbəti müddət üçün satış və marketinq hədəfləriniz nədir?

20. Bu hədəflərə nail olmaq üçün istehsal, satış, texnoloji, logistika, kadr və maliyyə resursları baxımından çətinliyiniz varmı?

Müştəri xidmətləri meneceri bütün bu məlumat brif halına salır. Daha sonra brifin məqsədindən, marketinq agentliyindən gözlənilən işdən asılı olaraq müştəri ilə bir daha razılaşdırır. Marketinq agentliyi öhdəsinə düşən işi görmək üçün bu məlumatları əsas almalı, hazırladığı təklifi brif məqsədlərinə və brifin çərçivəsində icra etməlidir.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az