Marketinq planlama nədir?

ABŞ-nın 34-cü Prezidenti Duayt Devid Eyzenhauerin məşhur bir sözü var: “Planlar heç nəyə yaramır, əsas olan planlamadır”. Nə üçün? Çünki, nə qədər plan mükəmməl hesab olunsa da, hər zaman planı dəyişdirən nəsə bir şey tapılır. Marketinq planlama özü-özlüyündə planın icrası boyu davam edən bir proses olduğuna görə vacibdir: məqsədə nail olmaq üçün planı mütəmadi gözdən keçirib korrektələr etmək üçün.

Planlamanın şirkət üçün nə qədər vacib olduğunu qeyd etməyə ehtiyac yoxdur. Xüsusən də satış şirkətlərində satış hədəfləri planlar əsasında müəyyən olunur. Bəs bu işdə marketinq nə işə yarayır?

marketinq planlama

Marketinq planlama nə işə yarayır?

Marketinq planlama biznes planlama prosesində 2 fərqli üsul ilə istifadə olunur:

1. İlk olaraq marketinq planlar hazırlanır və satış hədəfləri müəyyən olunur.Satış hədəflərinə uyğun gəlir hesablanır və bu gəlirdən satış həfəflərinə nail olmağa imkan verəcək marketinq büdcəsi ayrılır.

2. Bu üsulda ilkin olaraq biznes planlar hazırlanır, gəlir və xərclər müəyyən olunur. Marketinq heyətləri ayrılan marketinq büdcəsinə uyğun olaraq bu hədəflərə nail olmağa imkan verəcək ən səmərəli marketinq plan hazırlayır.

Marketinq planlama prosesi 4 mərhələdən ibarətdir:

1. Analiz mərhələsində bütün marketinq hazırlıq işləri görülür: müştərilərin məhsulunuzu alma vərdişləri öyrənilir, rəqiblərin güclü və zəif cəhətləri araşdırılır, bazarın potensialı və imkanları dəyərləndirilir. Daha sonra isə bazarın seqmentsiyası nəticəsində maksimum gəliri təmin edəcək müştəri seqmentləri müəyyən olunur. Bu seqmentləri ələ keçirmək üçün əmtəənin mövqeləndirilməsi hazırlanır.

2.Stategiya mərhələsində birinci mərhələdə əldə olunan məlumatlar əsasında marketinq strategiyası hazırlanır.

3. İcra mərhələsində strategiyanı həyata keçirəcək marketinq proqramları hazırlanır: qiymətlər müəyyən olunur, satışa dəstək planları və ləvazimatları hazırlanır, marketinq kommunikasiya kampaniyaları işlənir.

4. Dəyərləndirmə mərhələsində isə icra mərhələsi gözdən keçirilir, məqsəd və hədəflərə nail olunma səviyyəsi ölçülür. Ən əsası isə marketinq xərclərinin satış gəlirinə çevrilmə səviyyəsi öyrənilir.

Marketinq plana sahib olan marketer ilə plansız iş görən marketer arasında fərq nədir? Müharibəyə hazırlaşan sərkərdəni təsəvvür edin: biri səhər əsgərləri toplayıb deyir ki: “Yığışın, müharibə etməyə gedirik”. Digəri isə həyəcanla əsgərləri qaldırır və əvvəlcədən təsdiq olunmuş plana görə döyüşə göndərir. Sizcə bu sərkərdələrdən hansı müvəffəq olacaqdır? Cavabını şərhlərdə yazmasanız da olar.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az