Marketerlərin ən az sevdiyi (heş sevmədiyi və ya bacarmadığı deməyə dilim gəlmədi) işlərdən biri kreativ ideya hazırlamaqdır (şəxsi müşahidəmdir, yanıla bilərəm). Bu işdə sənə kömək edəcək 7 kreativ metod barədə yazmaq istədim. Ümid edirəm hər biri nə vaxtsa işinə yarayacaq, kreativ ideya tapmağa yardım edəcək.
1. Rəqiblərdən fərqli, daha maraqlı ol.
Effektiv marketinq üçün güclü brend, güclü brend üçün isə düzgün mövqeləndirmə tələb olunur. Mövqeləndirmə deyəndə isə adətən rəqiblərdən fərqlənməyi, daha üstün olmağı nəzərdə tuturuq. Kreativ ideya barədə düşünərkən bu istiqamətdə gedə bilərsiz. Əsas rəqimizin deyir ki, birincidir, bazar lideridir? AVIS-in 1962-ci ildə etdiyi “İkinci olsaq da biz daha çox çalışırıq” kampaniyası kimi edin.
2. Brendin verdiyi faydanı dramatikləşdir
Brendin mövqeləndirilməsi, brendin verdiyi faydanı bir sözə qədər azalt. Bu söz brendin assosiasiya olduğu söz olsun. Daha çox bu sözlə “oyna”, həmin sözə drama qat, verdiyi faydanı şişirt, eybəcərləşdir. Misal üçün bu reklamda sürət sözününün işləndiyi məqam olaraq:
Volvo öz yük maşınlarının sürücülər üçün verdiyi faydanı bundan daha gözəl ifadə edə bilərdi?
3. Brendin həll etdiyi problem ilə izləyicini şoka sal
Kreativ emosiyasız heç bir işə yaramır. Ən güclü emosiya isə şok, nifrət, qəzəbdir. Bu emosiyalara xitab edən ideya barədə düşün. Problemi şişirt, qabart, müştərinin həyatına təsiri maksimallaşdır.
4. Düşmən obrazı yarat
Məhsulun alternativi və rəqibin timsalında düşmən obrazı yaratmaq heç şübhəsiz ən uğurlu kreativ gedişlərdən biridir. İnsanlar məhsulu əksi ilə daha asan yadda saxlayır, düşmən obrazına qarşı qoyulan brendi müdafiə edir, brendi sevəndən sonra isə ona daha çox bağlanır.
Bu mükəmməl reklam nümunəsində göstərildiyi kimi ancaq (bizim krasovka dediyimiz) snickers satan Converse özünə düşmən olaraq ayaqqabı kateqoriyasını seçdi. Bununla da sneakersi ayaqqabı olmaqdan çıxarıb yeni kateroqiya kimi tanıtdı. Kifayət qədər iddialıdır, amma müştərilər, xüsusən gənc nəsil iddialı və qəbul olunmuş normalara baş qaldıran brendləri sevir.
5. Müqayisə et
Öz brendini başqa nə iləsə müqayisə etmək qabartmaq istədiyin məqamları daha anlaşılan və yadda qalan etməyə kömək edəcək. Bu müqayisə nə qədər emosional olsa o qədər yaxşıdır.
Bu nümunədə təyyarədə olan kiçik bir narahatlıq Harley Davidson ilə ucsuz-bucaqsız yolda səyahət etməklə müqayisə olunur.
Burda isə eyni “Anam məni öldürəcək” ifadəsi 2 ağızda necə fərqli mənaya gəldiyini görüb təsirlənirik.
6. Faydalı olmaqla maraq yarat
Kreativ ideya yaradıcı olmaqla yanaşı insanları düşündürməli, onlara faydalı məqamları xatırlatmalı, bununla da maraq və paylaşım istəyi yaratmalıdır.
Bu reklam nümunəsində göründüyü kimi brend emosional bağ yaratmaqla təhlükəsizlik qaydaları barədə incə mesaj vermiş olur.
7. Müştərini təqdir et
Heç bir orijinal ideya ağlına gəlməsə belə hər zaman köməyinə gələcək bir kreativ metod da var: öz müştərini təqdir et, ona minnətdar olduğunu de, onun olmaq istədiyi bir obraz yarat, ona ideal özünü göstər.
Procter&Gamble şirkətinin bu reklamından daha gözəl müştərini ideallaşdıran reklam tanıyırsız?
Əslinə baxsaq kreativ olmaq elə də çətin deyil. Sadəcə düzgün insaytlara sahib olmaq və bu insaytları müştəriyə necə deməyi öyrənmək lazımdır.