Kənd təsərrüfatı marketinqi

Kənd təsərrüfatı marketinqi nədir? Kənd təsərrüfatında marketinq nə üçün lazımdır və hansı məqsədlərə xidmət edir? Kınd təsərrüfatı marketinqinin digər iqtisadi sahələrin marketinqindən hansı fərqli cəhətləri var? Aktual məsələyə həsr olunmuş bloq yazısı ilə qarşınızdayıq. Qeyd edim ki, kənd təsərrüfatı sözünü bəzən KT olaraq da istifadə edəcəm ki, gözünüzü yormasın. Həmçinin, mövzünu daha rahat izah edə bilmək üçün sual-cavab formatında yazmağa qərar verdim. Ümid edirəm, bu şəkildə yazı sizə daha faydalı olacaq.

Kənd təsərrüfatı marketinqi nədir?

Müasir marketinq iqtisadiyyatın daha çox sənaye istehsalı, xidmət və ticarət sahələri üzərində böyüyüb inkişaf edib. Təsadüfi deyil ki, bir çox marketinq kateqoriyasına baxanda məhz bu sektorlara xitab etdiyini, onların perfomansını yaxşılaşdırmağa çalışdığını görərik. Məhsul və brend menecmenti, bazar araşdırması, reklam, PR-a aid misallar xatırlayın – təcrübənizdə çox az misal olacaq ki, kənd təsərrüfatında marketinq ilə bağlı olsun. Amma bu o demək deyil ki, kənd təsərrüfatında marketinq yoxdur. KT-da marketinqin əsas məqsədi əlavə dəyər yaratmaqla birbaşa və dolayı rəqabət ortamında sata bilməkdir. Marketinqin prinsip və mexanizmlərində elə də güclü dəyişiklik olmasa da kənd təssərüfatının spesifikasından irəli gələn bəzi xüsusiyyətləri var.

Kənd təsərrüfatı marketinqin iştirakçıları kimlərdir?

KT-da iki əsas tərəf var: istesalçı və satıcılar – istehlakçı və alıcılar. Satıcılar mümkün qədər baha və çox satmaq istəyir, alıcılar isə tələbatı olduğu qədərini ən aşağı qiymətə almağa çalışır. Aşağıdakı infoqrafikdə bütün iştirakçıları görə bilərsiz:

Kənd təsərrüfatı iştirakçılar

Kənd təsərrüfatı iqtisadiyyatın (ən) strateji sahəsi olduğuna görə dövlətin birbaşa və yaxın nəzarətində olur, digər sahələrdə rast gəlmədiyimiz dəstək və güzəştlərə “məruz” qalır. Bu səbəbdən dövlət orqanları da əslində KT marketinqinin iştirakçıları hesab oluna bilər. Amma onların məqsədi fermer-alıcı tarazlığına təsir etmək deyil, əksinə bu tarazlığın ictimai faydaya xidmət edəcək şəkildə qurulmasına nail olmaqdır. İctimai fayda nədir? Dövlətin ərzaq təhlükəsizliyi, xalqın strateji qida növləri (taxıl, süd, yumurta kimi) tam təmin olunması, ərzaqların yüksək keyfiyyəti və insan orqanizminə ziyan törətməməsi və s.Dövlət marketinqə heç təsir etmir? Edir. Necə? Aşağıda görəcəksiz.

Kənd təsərrüfatında marketinqin kökü nəyə dayanır?

Kənd təsərrüfatı əsas etibarı ilə istehsal sahəsidir. Əkinçilik, maldarlıq, meşəçilik, balıqçılıq kimi istiqamətləri var. Nəzərə almağınızı istəyirəm ki, kənd təsərrüfatı emalı sahələrini bu yazıdan kənar tuturam, çünki prinsip etibarı ilə emal artıq sənaye istehsalına aiddir. KT-da marketinqin əsas işi dəyər yaratmaq olduğunu bir az öncə qeyd etdim. Bəs bu dəyər necə yaranır? KT-nın 3 əsas prosesual funksiyasında:

1. KT-nın Mübadilə funksiyası

Mübadilə funksiyası özünü KT mallarının alış, satışsaxlanc prosesində nümayiş etdirir. Mübadilə prosesində istehsalçı fermerlər satıcı rolunda çıxış edir. Alış əqdinin nə vaxt bağlanmasından, məhsulun nə vaxt becərilib hazır olmasından, anbara çatdırma vaxtından və halından, anbarda nə qədər qalıb bazara nə vaxt çıxarılmasından asılı olaraq məhsulun dəyəri, eyni zamanda qiyməti formalaşır. Özünüz şahidi olmusuz: misal üçün qarpızın iyun ayında təzə çıxan vaxtında qiyməti nisbətən yuxarı olur, bolluq yarananda qiyməti düşür, mövsüm sonuna qədər nisbətən qalxır. Bəzi şirkətlər var ki, misal üçün pomidoru yayda yaşıl alıb dondurucuada saxlayır, qışda isə mövsüm olmayan vaxtı 5-10 qat baha qiymətinə satır. Bu incəlikləri nəzərə almaq marketinqin əsas funksiyası olan dəyər yaratmağa birbaşa təsir edir.

2. KT-nın Fiziki funksiyası

Bu funksiyaya KT məhsullarının daşınması, ilkin emalısatış üçün standartlaşdırıması daxildir. Qida digər FMCG məhsullarından fərqli olaraq xüsusi saxlama və logistika şərtlərinə riayyət olunmasını tələb edir. Ətin soyuq temperaturda saxlanılması, yumurtanın yolda sınmaması kimi. İlkin emal da KT məhsulları üçün çox vacibdir, çünki məhsulun satışa hazırlıq səviyyəsini və deməli qiymətini müəyyən edir. Göyərtinin dəstə-dəstə yığılması misalında olduğu kimi. Standartlaşdırma deyəndə sizdə çaşğınlıq yarana bilər – siz sadəcə aşağıdakı şəkilə baxın. Yaponiya dördbucaq qarpız istehsal etməklə logistikada böyük qənaət və deməli marketinq dəyəri yarada biliblər. Avropa ölkələrinə idxal olunan bananlar hamısı bir ölçüdə olmalıdır misalı kimi. Bütün bunların marketinqə nə aidiyyatı var deyə soruşursuz? Satmaq istəyirsənsə marketinqi işə salıb, brendi fərqləndirməyi, müştərinin diqqətini çəkməyi, ona əlavə dəyər verməyi bacarmalısan.

Kənd təsərrüfatı qarpuz

3. Optimallaşdırma Funksiyası

Optimallaşdırma funksiyasına KT istehsalının optimallaşdırılması və effektivliyinin artırılması işləri aiddir: maliyyəşdirmə, sığorta, bazar araşdırılması kimi. Bu funksiyanın məqsədi KT məhsullarının yetişdirilməsi və satış proseslərini optimallaşdırmaqdır. Deyə bilərsiz ki, maliyyəni marketinqə qatmayım. Amma maliyyə riskləri dəyərləndirəndə, investisiya barədə qərar verəndə marketinqin təqdim etdiyi satış təxminləri və bazar dinamikası proqnozlarına əsaslanır.

Kəndə təsərrüfatında marketinq bu 3 əsas, toplam 9 funksiyada özünü biruzə verir. KT-da çalışan hər bir marketer bu funksiyaları öz işində mütləq şəkildə nəzərə almalıdır.

Yaşıl inqlabdan sonra kənd təsərrüfatı marketinqi necə dəyişdi?

Yaşıl inqlab və ya başqa adı ilə Üçüncü Kənd Təsərrüfatı İnqlabı 1950-ci illərdən sonra KT-da müşahidə olunan məhsuldarlığın kəskin artmasına gətirib çıxan yeniliklərin tətbiq olunmasıdır. Bu inqlab KT-nın demək olar ki bütün sahələrində özünü göstərdi: soyuğa və ziyanvericilərə davamlı toxumlardan və bitkilərdən tutmuş, əti və südü artıran mal-qara qidalarına və broyler toyuqlarına qədər (bu misalda toyuq broyler olandan sonra KT kateqoriyasından çıxıb sənaye oldu). Marketinq bu inqlabdan ancaq xeyir gördü desək yalan olar. İllərlə davam edən araşdırmalar bəzi inqlabi KT üsuallarının hardasa insan orqanizminə ziyan vurduğunu sübut etməyə çalışdı. Bunun səs-küyündə KT marketinqində PR-ın rolu artdı. GMO məhsulların insanlara düzgün təqdim olunmasına ehtiyac yarandı. Halbuki daha öncə heç kimə qidanın ziyanlı olmadığını və nəyə faydalı olduğunu anlatmağa ehtiyac yox idi.

GMO kənd təsərrüfatı

Orqanik kənd təsərrüfatı marketinqi nədir?

Yaşıl inqlab eyni zamanda orqanik kənd təsərrüfatının yaranmasına gətirib çıxartdı. Orqanik KT demək olar ki bütöv şəkildə istehsal prosesində qeyri-orqanik qatqıların istifadə olunmasını istisna edir. Ancaq orqanik (peyin) gübrədən istifadə olunur, ziyanvericilərə qarşı belə dərman deyil, onların təbii düşmənlərindən istifadə olunur. Bu cür məhsul yetişdirmə əlbətdə ki daha baha qiymətə başa gəlir. Bu da marketinqə məhsulu mövqeləndirməyə, brendləşməyə və yüksək qiymət siyasətinə əsas verir.

Dövlətin kənd təsərrüfatı marketinqinə müdaxiləsi

Dövlət əsas etibarı ilə kənd təsərrüfatını subsidiyalaşdırmaqla onun effektivliyini artırmağa, az gəlirli sahələrin gəlirliyini artırmağa çalışır. Məqsəd bazarda bolluq və aşağı qiymət yaratmaqla ictimai faydaya nail olmaqdır. “Çörək bol olsa basılmaz Vətən!” yəni. Amma KT marketinqi də dövlətdən xeyir görə bilər. Yerli bazarda tələbi artıracaq reklam və promo kampaniyalara dəstək verməklə və ya ixracı asanlaşdıracaq şərtlər və şərait yaratmaqla. KT sahələri üzrə ittifaq və birliklər yaratmaqla dövlət qarşısında daha mütəşəkkil şəkildə öz istək və tələblərini bildirə bilər. Bizim ölkə də sosial reklam kateqoriyası ilə KT istehsalçıları öz maarifləndirici reklamlarını daha güzəştli şərtlərlə yayımlaya bilərlər.

Kənd təsərrüfatında marketinq çox vacib məsələdir. Amma elə də gəliz deyil. Yerli istesahçılar arasında keçirdiyim görüşlər zamanı şahid olmuşam ki, fermerlər və KT ilə məşğul olan sahibkarlar daha çox marketinqə ehtiyac hiss edir. Bu yazının onlara faydalı olub dəyər yarada biləcəyi ümidi ilə…

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az