Notbukunuz varsa yəgin ki, sizin də diqqətinizi çəkib: notbuk bağlı olanda brendinin loqosu istifadəçiyə tərs vurulub. Yəgin ki bunun sirrini bilirsiz: notbuk açıq olanda qarşı tərəfinizdə oturan loqonu düzgün görsün deyə. Qarşınızdakının loqonu düzgün görməsinin məqsədi nədir? deyə soruşa bilərsiz. Səbəb marketinqin və brendinqin vacib elementlərindən olan “ictimai təqlid” amilidir.
İnsanlar ictimai varlıqlardır. İstifadə etdikləri, onları əhatə edən hər bir əşya, hal və və ya hadisənin onlara baxan tərəfi olduğumu kimi, ətrafdakılara da təsir edən tərəfi var. Aldıqları, istifadə etdiklərini məhsul da şəxsi ehtiyaclarını ödədiyi kimi, ətrafdakılara da bir mesaj verir. Brendlər, insanların bu psixoloji tələbatlarından istifadə edərək marketinq strategiyasını və brendinqini qururlar. Bu prosesdə ictimai təqlid vacib rol oynayır. İctimai təqlidi daha yaxından tanımaq və ayırd etmək üçün oxumağa davam.
İctimai təqlid özünə hörmət edən brendin olmazsa olmazıdır və geyimlərdə özünü daha çox biruzə verir. Normalda pul verib aldığınız bir əşyada reklam stikerinin olmasını kim istiyər ki? Formula 1 pilotlarından və digər idmançılardan başqa. Onlar öz geyimlərində loqo yerləşdirməyə görə milyonlarla pul alırlar. Şəxsən mən papaqda loqo olmasını xoşlamıram, amma North Face papağını alanlar başqa aləmin insanlarıdır :).
İctimai təqlidin 2 tərəfi var: brend tərəfi və müştəri tərəfi.
Müştəri tərəfi:
North Face və digər premium brendlərin misalında olduğu kimi müştərinin əsas düşüncəsi çox sadədir: əksər insanlar geyimin keyfiyyətini və əlbətdə qiyməti ilk baxışdan müəyyən edə bilmir. Həqiqətən də, orta keyfiyyətli bir T-shirt ilə yüksək keyfiyyətli T-shirt arasında fərqi ancaq bir müddət geyindikdən sonra bilə bilərsən. Geyimin üzərindəki loqo məhz bu informasiyanın daşıyıcısıdır: qarşısındakı insana məhsulun qiyməti və keyfiyyəti barədə məlumat verir. Müştəri isə bu infomasiyanı qarşısındakı “nadana” çatdırdığı üçün “psixoloji məmnunluq” hissi yaşayır.
Brend tərəfi:
Brend ona görə də brenddir ki, müştərisi onu pulsuz reklam edir, bir növü pulsuz reklam bilbordu rolunu oynayır. Burda əsas tələb ayıdnır: loqonu görmək nə qədər rahatdırsa, onu təqlid etmək də o qədər asan olacaq.
İctimai təqlid xidmət sektorunda da özünü göstərir. Xarici ölkədəsiz, turistsiz – nahar vaxtıdır və uyğun restoran axtarırsız. Qarşınızda 2 kafe var: yolun sağ tərəfindəki demək olar ki, boşdur – ancaq bir neçə çin turisti var. Yolun solundakı isə yerli sakinlərlə doludur. Hansında nahar edərsiz? Əlbətdə dolu olanda, çünki qərar verməkdə çətinlik çəkəndə, informasiya azlığı şəraitində insan digər insanları təqlid etməyə meyillidir. Məntiq sadədir: daha çox insan bu kafeni seçirsə, deməli o daha yaxşıdır.
İctimai təqdlidin ən böyük ustadlarından biri heç şübhəsiz Apple şirkətidir. Hər bir məhsulu ictimai təqlidə ən bariz örnəkdir. Məsələn, əksər iPhone istifadəçiləri masaya oturanda öz iPhone-larını masaya qoyurlar, iPhone-a xas olan zəng ringtonunu dəyişmirlər, şəkil çəkdirəndə telefon daima əllərində olur. Marketinq tarixinə qızıl hərflərlə yazımış iPod uğurunu xatırlatmaq istərdim. Apple iPod məhsulunu bazara tanıdandan qabaq bazarda bir çox musiqi pleyer brendi var idi – hamısının da qulaqçıqları qara rəngdə idi. Apple fərqənmək üçün neylədi? Qulaqçıqlarını ağ rəngdə istehsal etdi. İlk iPod istifadəçiləri hamının gözünə girirdi. Ətrafdakılar ağ qulaqçıqları görüb yeni iPod ilə maraqlanırdı. Nəticə? Qısa zamanda ağ qulaqçıqlar ictimai təqlid nəticəsində yeni dəbə çevrildi.
İctimai təqliddə əsas amil təqlid olunacaq obyektinin, hal və ya hadisənin rahat görünə bilməsidir. Stadionda həvəskar dalğasını, ovasiyaları ilk başladan kim olur? Yuxarı sıradakılar? Yox, çünki aşağıdakılar onları görmür. Aşağı sırada oturan bir nəfər əl çalmağa başlasa hamı onu görüb alqış edəcəklər. Kafelərdə, marketlərdə də çöl divarlarının şüşədən etməkdə məqsəd içərini göstərmək və müştərini cəlb etməkdir. Niyə corabı heç kim təqlid etmir? Çalışın corab olmayın.