Empati nədir – özünü başqasının yerinə qoya bilmək, başqasının hiss və həyacanına ortaq olmaq, dərdini bölüşmək deməkdir. Bəziləri empati sözünü simpatiya sözü ilə qarışırır: simpatiya başqasını bəyənmək, başqasına qarşı müsbət emosiyalar hiss etməkdir. Empatinin simpatiyadan fərqini daha yaxşı anlamaq üçün yazını sona qədər oxuyun.
Simpatiya bir duyğu emosiyası olsa da, empati əslində bir bacarıqdır. Hər bir bacarıq kimi, empatini də inkişaf etdirmək və təkminləşdirmək mümkündür.
İnsan empatisi özünü 3 cür biruzə verir:
1. Koqnitiv empati
Qarşınızdakının problemini, emosiyasını, həyacanını emosiya hiss etmədən anlama bacarığıdır. Bu bacarıq daha çox rasional və məntiqi əsaslıdır – məsələn menecerlər öz işçisinin probleminə qulaq asıb başa düşməyə çalışması kimi. Ya da toxun acdan xəbəri olduğu kimi.
2. Emosional empati
Qarşınızdakının problemini, emosiyasını, həyacanını onun hiss etdiyi emosiyanı yaşayaraq hiss etməkdir. Körpələrin digər körpənin ağlamasını eşidib ağlaması, anasının gülüşünə gülümsəməyi də emosional empatidir. Qadınların yaslarda başqasının ölüsünə ağlaması da eyni bacarıqdır. Əsasən müsbət bir bacarıq olsa da, bəzi hallarda emosional empatini yaşayan adam emosiyanı o qədər güclü keçirir ki, müvafiq əks reaksiyanı verməkdə çətinlik çəkir.
3. Şəfqətcil empati
Həkimlər niyə adi insandan üstündür bilirsiz? Çünki onlar empatinin hər üçünə sahibdir. Şəfqətcil empatilə biz, qarşımızdakı insanı anlayıb, emosiyasına şərik olub ona kömək göstərməyi bacarırıq. Koqnitiv empatimiz bir çox hallarda zəif qalsa da, emosional empatimiz bəzən ifrat və lazımsız kimi görünsə də, şəfqətcil empati ilə biz tələb olunan tarazlığı yarada bilirik. Şəfqətcil empatimiz sayəsində biz, düzgün qərarlar qəbul edə bilirik. Cərrahlarda bu empatidən olmasa, təcili yardıma gətirilən ağır yaralı xəstələri yüksək peşəkarlıqla əməliyyat edə bilməzlər.
Sədəqə misalında empatinin necə işlədiyinə baxaq:
1. Koqnitiv empati insana “Mən də yoxsul olmuşam, yoxsulluq nədir bilirəm. Amma günah onun özündədir, normal iş tapıb qazansın”;
2. Emosional empati insana “Yoxsulluq böyük dərddir, gəl qardaş bir yerdə ağlayaq”
3. Şəfəqtcil empati isə insana “Bəlkə həqiqətən də imkanı yoxdur ki, dilənməyə məcbur olur. İndilərdə iş tapmaq da çətindir, yoxsa dilənməkdənsə gedib işləyərdi. Təzə maaş almışam, çıxardım ona bir 5 manat verim” dedizdirir.
Psixopatlar barədə soruşa bilərsiz, onlarda heç empati olmur? Alimlər sübut ediblər ki, əksinə, psixopatlarda empatini nümayiş etdirmə yüksək səviyyədə olur. Yoxsa onlar qurbanlara zülm edəndə öz emosiyalarını saxlaya bilməzlər.
Empati niyə vacibdir?
Empatimiz ona görə vacibdir ki, bu bacarığımız olsa digərlərini düzgün anlayıb, tələb olunan köməyi göstərə bilərik. Cəmiyyətdə nə qədər çox empatiyə sahib insan olarsa, bir o qədər çox xeyirxahlıq və yardımsevərlik yayılmış olar. Aradırmalar göstərir ki, bir çox insan empatini seçici hiss edə bilər, yəni öz sosial qrupuna (millətinə, irqinə) aid insanlara qarşı empatini daha çox hiss edirlər. Bu kimi seçici empati cəmiyyətdə mənfi tendensiyalar yaradır. Amerikada qaradərililərə qarşı olan rəftarı yada salın. Parisdə teror hadisəsində 15 nəfərin ölmünə göstərdiyimiz reaksiya, Bağdadda 1500 nəfərin ölmünə göstərdiyimiz biganəlik də bu qəbildəndir.
Empatini psixoloji bir hal kimi öyrəndik, empati marketinqinə tədbiqinə həsr etdiyimiz yazını da qaçırmayın.