Əmtəə nədir?

Əmtəə müştərinin ehtiyacını və ya istəyini ödəyən istənilən əşya və xidmətdir.

Adətən əmtəəni fiziki bir əşya (kitab, ərzaq kimi) təsəvvür etsək də, əslində əmtəə istənilən xidmət, hətta ideya, ixtira da ola bilər.

Satışda müvəffəq olmaq, yəni əmtəəni satmaq üçün əmtəənin fərqləndirici satış təklifi olmalıdır. Marketinqdə buna məhsulun mövqeləndirilməsi deyilir. Bu mövqeləndirmə məhsulun fiziki keyfiyyəti (dadı, rəngi və s.), ya da emosional xarakteri ola bilər. Məhz bu xüsusiyətinə görə bir əmtəə digərindən fərqlənir, bu xassələrinə görə alış zamanı alıcı tərəfindən seçilir, alınır.

Hər bir əmtəənin həyat dövrü (sikli) var. Yaranmasından bazara girməsinə, maksimum satış həcminə qalxıb zəifləməsinə və həyat dövrünu başa vurmasına qədər marketerlər bu prosesi idarə edir, əmtəədən maksimum fayda götürməyə, həyat dövrünü mümkün qədər uzatmağa çalışır. Bunun üçün əmtəə innovasiyalar sayəsində təkminləşə, yeni bazarlara çıxardıla, yeni seqmentlərə xitab etdirilə bilər. Məqsəd dəyişmir: əmtəəni mümkün qədər sağmaq, ondan maksimum fayda götürməkdir.

Hər bir əmtəənin arzusu Brend olmaqdır. Brend olandan sonra əmtəə rahatlayır, bir müddət brendinə görə yüksək qiymətə böyük satışlar göstərir, sevilir və dəyərləndirilir.

Bu mərhələdə marketerlərin əsas məqsədi:

1. brendi müştərisinə sevdirmək;

2. brendə qarşı etibar hissini gücləndirmək;

3. müştərinin brend ilə özünü təcəssüm etdirməsinə nail olmaqdır.

Ən parlaq misal dünanın ən bahalı Apple brendidir. Ən son məlumata görə Apple-ın brend dəyəri 182 mld $ təşkil edir. Azərbaycanın isə ÜDM (il ərzində istehsal etdiyi bütün mal və xidmətlər, o cümlədən xaricə satılan neft) cəmi 40 mld $ təşkil edir. Belə…

əmtəə Coca-cola

Ən böyük uğur isə, heç şübhəsiz Coca-Cola brendidir. Mütəxəssislərin təxminlərinə görə Coca-Cola brendinin qiyməti şirkətin bazar dəyərinin 40% təşkil edir. Məşhur bir söz var: Coca-Cola zavodları bir gündə məhv olsa brendini satıb onları yenidən qurmaq olar. Coca-Cola ziyanları barədə nə qədər danışılsa da, uşaqlara satışı qadağan olunsa da, artıq bu brend insanların həyatının dəyişməz bir parçasına çevrilib. Bir çox insan üçün Coca-Cola ən təbii ehtiyacımız olan içməli su qədər, bəlkə ondan da çox dəyərlidir. Bir əmtəə üçün bu, ən böyük uğurdur.

Paylaş: