Demarketinq nədir?

1960-70-ci illərdə Qərbdə baş alıb gedən hippi hərəkətinin nəticəsi kimi insanların bir çox məsələyə, o cümlədən istehlak cəmiyyətinə baxışı kəskin dəyişdi. Həyatının əsas qayəsi istehlak olan cəmiyyətdə yeni dəyərlər yaranmağa başladı. Sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, yoxsulluq ilə mübarizə, heyvanların mühafizəsi kimi ictimai fikirlər cəmiyyətin bir çox sahəsinə, o cümlədən marketinqə təsirsiz ötüşmədi. İllərlə yüksək mənfəət uğrunda ölüm-dirim mübarizəsi aparn şirkətlər ictimai məsuliyyəti dərk etməyə başladılar. Demarketinq fəaliyyəti bu proseslərin nəticəsində yarandı.

Demarketinq ilə marketinqin fərqi nədir?

Demarketinq, marketinqin əksinə olaraq məhsulun satışının artmasına deyil, azalmasına sövq edir. Bunun üzdə olan və üzdə olmayan səbəbləri var. Üzdə olan səbəblərə görə demarketinq özünü 2 əsas istiqamətdə biruzə verir:

1. İnsan sağlamlığın qorunması:

Bu sahədə əsasən dövlət və QHT-ları tütün məhsullarının, spirtli içkilərin, narkotik vasitələrin istehlakının azalmasına və məhdudlaşdırılmasına (18 yaşından yuxarı) yönəlmiş reklam fəaliyyəti aparır.

demarketinq tütün

2. Ətraf mühitin qorunması:

Təbiətin, heyvanlar aləminin mühafizəsi ilə yanaşı, təbii sərvətlərdən (neftdən, kömürdən) səmərəli istifadə, pik saatlarda elektrik enerjisi istifadəsinin azaldılması, təmiz suya qənaət, tullantıların təkrar emalı, atmosferin çirklənməsinin azalması kimi dəyərlərin təbliğatı aparılır.

demarketinq wwf

Bundan əlavə şirkətlərin özü də, üzdə olmayan səbəblərə görə, bəzən demarketinqdən istifadə edə bilər. Misal olaraq məhdud seriya (limited edition) məhsul istehsalı, yüksək tələb olan malın qısa dövr üçün süni qıtlığını yaradaraq baha qiymətə satışı, valyuta məzənnəsinin kəskin dəyişməsi səbəbi ilə satışın məhdudlaşdırılması göstərilə bilər.

Xidmət sahəsində demarketinq:

Demarketinq təkçə mallara aid deyil, xidmətlər üçün də istifadə oluna bilər. Bunun ən çox istifadə olunan üsullarınından biri hədəf auditoriyasının seqmentləşdirilməsidir. bahalı restoranlara geyim məhdudiyyəti (ancaq smokinq ilə), barlarda “face control”, yalnız kişilərin girə bildiyi centlmen klubları, qadın fitnes mərkəzləri və s.

demarketinq facecontrol

Əvvəllər də qeyd etdiyimiz kimi, marketinq iti bıcaq kimidir: düzgün əllərdə mütləq gözəl nəticə verəcəkdir. Demarketinqdən istifadə edib iflas edən bizneslər də az deyil. Effektiv marketer demarketinqdən düzgün istifadə etməklə satışı və müştəri sayını müəyyən dərəcədə azaldaraq, uzun müddətli perespektivdə mənfəətin artmasına nail ola bilər.

error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az