Kitab oxumaq lazımdır. Hellas yox, biznes və marketinq haqqında. Biznesi qurmaq, idarə etmək, inkişaf etdirmək və uğur qazanmaq haqqında. Biznes mövzusunda oxuduğum və tövsiyə etdiyim bir sıra kitabı bu bloq yazısında sizlərlə bölüşmək istədim. İnanıram ki, faydalı olacaq.

kitab business adventures

“Business Adventures” –
John Brooks

New Yorker jurnalının populyar jurnalisti John Brooks tərəfindən qələmə alınan bu kitabda Wall Street şirkətləri haqqında 12 ibrətamiz hekayə qələmə alınıb. Bill Gates və Warren Buffet şiddətlə tövsiyə edir.

kitab investor

“The intelligent investor” –
Benjamin Graham

XX əsrin ən ən dahi investisiya üzrə konsultantı hesab olunan Benjamin Grahamın kitabını oxumamaq olarmı?

“The Innovator’s Dilemma” – Clayton M. Christensen

Biznesdə innovasiyaların əhəmiyyəti haqqında yazılan ən gözəl kitablardan biri. Steve Jobs və Jeff Bezosun masa üstü kitabıdır desək yalan olmaz.

“Blue Ocean Strategy” –
W. Chan Kim və Renée Mauborgne

Biznesdə rəqabət anlayışına yeni yanaşma gətirən bu kitab bir çox startapın biznes ideyasını formalaşdırıb. Yeni biznesə başlayandan öncə bu kitabı mütləq oxuyun.

“How to Win Friends & Influence People” – Dale Carnegie

Yeyniyetmə yaşında oxuyub 35 yaşdan sonra təkrar oxunacaq kitablardan biri – biznesdə networking-İn əhəmiyyəti barədə dəyərli qaynaqdır.

“The Art of War” – Sun Tzu

Eramızdan əvvəl 6-cı əsrdə yazılan bu kitab Napaleon, Douglas MacArthur kimi məşhur sərkərdələrin ən sevdiyi kitab olsa indiki zamanda şirkət daxili münasibətləri idarə etməkdə və “ofis cəngərliklərində sağ qalmağı öyrənməkdə” bənzəri yoxdur.

“Start with Why: How Great Leaders Inspire Everyone to Take Action” -Simon Sinek

Müəllifi heç tanımırsınızsa çox şey itirmisiniz. Bu kitabda Simon Sinek niyə bəzi şirkətlərin daha uğurlu, daha innovativ olduğunu və bu işdə liderlərin rolu barədə danışır.

“Emotional Intelligence: Why It Can Matter More Than IQ” –
Daniel Goleman

İnqlab yaradan bu kitabda müəllif Emosional Zəka anlayışını ortaya qoyur, onun 5 cəhətinin bizim həyatımıza, karyeramıza və insanlarla ünsiyyətə necə təsir etdiyini nümayiş etdirir.

“Think and Grow Rich!” – Napoleon Hill

Dünyanın ən uğurlu milyarderlərini araşdıran müəllif xoşbəxtliyi pulda görənlər üçün təlimat və tövsiyələr verir. Uğuru pulda görməyənlər üçün də kitabdan öyrənəcəyi çox şey var.

“The 7 Habits of Highly Effective People” – Stephen R. Covey

Keçən əsrin ən təsirli kitablarından biridir. Karyera boyu oxuyub şəxsi effektivliyinizi artırmaq üçün 7 vərdişə sahib olmaq üçün bu kitabı mütləq oxuyun.

startup kitab

“The Lean Startup” –
Eric Ries

Startap quranlar üçün ən ətraflı təlimat dərsliyi. Sıfırdan uğurlu starap qurmaq istəyənlər ilk öncə bu kitabı oxuyub düzgün yollarını və təhlükələri öncədən öyrənə bilər.

good to great kitab

“Good to Great” –
Jim Collins

Şirkətin uğurunu liderinin şəxsi keyfiyyətlərinə bağlayan müəllif 5 tip lideri fərqləndirir. Kitabın ən dəyərli cəhəti isə yaxşı olub əlaçı ola bilməyən şirkətlərdən ala biləcəyimiz dərslərdir.

guerilla marketinq kitab

“Guerrilla Marketing” –
Jay Conrad Levinson

Partizan marketinqi anlayışını ortaya qoyan müəllif çox təsirli misallar ilə rəqabəti şərh edir, kiçik şirkətlərə bazar payı qazanmaq uğrunda dəyərli tövsiyələr verir.

truth kitab

The Hard Thing About Hard Things –
Ben Horowitz

Silikon Vadisinin ən mötəbər sahibkarların biri bu kitabında biznes sahiblərinin gündəlik qarşılaşdığı problemləri və həlli yolları barədə söhbət edir. Biznesiniz varsa bu kitabı oxuyub bir çox dərdinizə, gündəlik problemlərinizə əlac tapa bilərsiz.

rework kitab

Rework –
Jason Fried, David Hansson

Bu kitabı oxuyub əmin olacaqsınız ki, niyə plan qurmaq lazım deyil. İnvestor axtaranda nəyə fikir vermək lazımdır. Dnaışmağı tərk edib işləmək lazımdır. Biznesi əziyyətlə qurub dərdini çəkənlər üçün əvəzolunmaz bir kitabdır.

influence kitab

Influence: The Psychology of Persuasion –
Robert B. Cialdini

Marketinq inandırmaq sənətidir. Müəllif inandırıcı marketer olmaq üçün 6 universal prinsipi ortaya qoyur. 1984-cü ildən bəri bu kitab hələ də öz aktuallığını itirməyib.

22 qanun kitab

“The 22 Immutable Laws of Marketing: Violate Them at Your Own Risk!” – Al Ries & Jack Trout.

Bu kitaba ayrıca bir bloq yazısı həsr etsəm də özünüz oxusanız lap gözəl olar. Özünə marketer adlandıran hər bir şəxs bu kitabı əzbərdən bilməlidir.

Bu yazıya mütəmadi olaraq yeni oxuduğum və tövsiy etdiyim kitablar əlavə edəcəm. Vaxtaşırı geri qayıdıb yoxlamağı unutmayın.