Kitab oxumaq lazımdır. Hellas yox, biznes və marketinq haqqında. Biznesi qurmaq, idarə etmək, inkişaf etdirmək və uğur qazanmaq haqqında. Biznes mövzusunda oxuduğum və tövsiyə etdiyim bir sıra kitabı bu bloq yazısında sizlərlə bölüşmək istədim. İnanıram ki, faydalı olacaq.
“Business Adventures” –
John Brooks
New Yorker jurnalının populyar jurnalisti John Brooks tərəfindən qələmə alınan bu kitabda Wall Street şirkətləri haqqında 12 ibrətamiz hekayə qələmə alınıb. Bill Gates və Warren Buffet şiddətlə tövsiyə edir.
“The intelligent investor” –
Benjamin Graham
XX əsrin ən ən dahi investisiya üzrə konsultantı hesab olunan Benjamin Grahamın kitabını oxumamaq olarmı?
“The Innovator’s Dilemma” – Clayton M. Christensen
Biznesdə innovasiyaların əhəmiyyəti haqqında yazılan ən gözəl kitablardan biri. Steve Jobs və Jeff Bezosun masa üstü kitabıdır desək yalan olmaz.
“Blue Ocean Strategy” –
W. Chan Kim və Renée Mauborgne
Biznesdə rəqabət anlayışına yeni yanaşma gətirən bu kitab bir çox startapın biznes ideyasını formalaşdırıb. Yeni biznesə başlayandan öncə bu kitabı mütləq oxuyun.
“How to Win Friends & Influence People” – Dale Carnegie
Yeyniyetmə yaşında oxuyub 35 yaşdan sonra təkrar oxunacaq kitablardan biri – biznesdə networking-İn əhəmiyyəti barədə dəyərli qaynaqdır.
“The Art of War” – Sun Tzu
Eramızdan əvvəl 6-cı əsrdə yazılan bu kitab Napaleon, Douglas MacArthur kimi məşhur sərkərdələrin ən sevdiyi kitab olsa indiki zamanda şirkət daxili münasibətləri idarə etməkdə və “ofis cəngərliklərində sağ qalmağı öyrənməkdə” bənzəri yoxdur.
“Start with Why: How Great Leaders Inspire Everyone to Take Action” -Simon Sinek
Müəllifi heç tanımırsınızsa çox şey itirmisiniz. Bu kitabda Simon Sinek niyə bəzi şirkətlərin daha uğurlu, daha innovativ olduğunu və bu işdə liderlərin rolu barədə danışır.
“Emotional Intelligence: Why It Can Matter More Than IQ” –
Daniel Goleman
İnqlab yaradan bu kitabda müəllif Emosional Zəka anlayışını ortaya qoyur, onun 5 cəhətinin bizim həyatımıza, karyeramıza və insanlarla ünsiyyətə necə təsir etdiyini nümayiş etdirir.
“Guerrilla Marketing” –
Jay Conrad Levinson
Partizan marketinqi anlayışını ortaya qoyan müəllif çox təsirli misallar ilə rəqabəti şərh edir, kiçik şirkətlərə bazar payı qazanmaq uğrunda dəyərli tövsiyələr verir.
The Hard Thing About Hard Things –
Ben Horowitz
Silikon Vadisinin ən mötəbər sahibkarların biri bu kitabında biznes sahiblərinin gündəlik qarşılaşdığı problemləri və həlli yolları barədə söhbət edir. Biznesiniz varsa bu kitabı oxuyub bir çox dərdinizə, gündəlik problemlərinizə əlac tapa bilərsiz.
Rework –
Jason Fried, David Hansson
Bu kitabı oxuyub əmin olacaqsınız ki, niyə plan qurmaq lazım deyil. İnvestor axtaranda nəyə fikir vermək lazımdır. Dnaışmağı tərk edib işləmək lazımdır. Biznesi əziyyətlə qurub dərdini çəkənlər üçün əvəzolunmaz bir kitabdır.
Influence: The Psychology of Persuasion –
Robert B. Cialdini
Marketinq inandırmaq sənətidir. Müəllif inandırıcı marketer olmaq üçün 6 universal prinsipi ortaya qoyur. 1984-cü ildən bəri bu kitab hələ də öz aktuallığını itirməyib.
“The 22 Immutable Laws of Marketing: Violate Them at Your Own Risk!” – Al Ries & Jack Trout.
Bu kitaba ayrıca bir bloq yazısı həsr etsəm də özünüz oxusanız lap gözəl olar. Özünə marketer adlandıran hər bir şəxs bu kitabı əzbərdən bilməlidir.
Bu yazıya mütəmadi olaraq yeni oxuduğum və tövsiy etdiyim kitablar əlavə edəcəm. Vaxtaşırı geri qayıdıb yoxlamağı unutmayın.