Bugün yayımlanan We Are Social və Hootsuite şirkətlərinin illik “Digital in 2018″ hesabatında bütün dünya və ayrıca ölkələr üzrə digital sahəyə aid çox maraqlı statistik məlumatlar yer alıb. Bu hesabatdan Azərbaycana aid olan məlumatları şəkil olaraq götürüb, tərcümə və şərhlərimlə diqqətinizə təqdim edirəm.
Ümumi Azərbaycan üzrə 9.88 mln əhalidən 7.90 mln nəfər internetdən istifadə edir. Bunlardan da 2,70 milyonu aktiv sosial media istifadəçisidir, onların da 1,80 mln nəfəri sosial mediayaya mobildən daxil olur.
Ortalama yaş 31,7dir. Əhalinin 55% şəhərlərdə yaşayır.
Bir il ərzində internet istifadəçiləri cəmi 3% artsa da, sosial media istifadəçiləri 29% artmışdır. Bu artım əsasən Instagram hesabına baş verib.
Əhalinin 80% internetə qoşulub. İnternetə mobildən qoşulanlar əksəriyyət təşkil edir – 5.27 mln nəfər.
Cihaz olaraq intenetə qoşulanların 59% mobil cihazdan daxil olur. Bu rəqəmdə 15% artım baş verib. Kompüterlərdən internetə daxil olanlar isə 15% azalıb.
Alexa saytının təqdim etdiyi 2 göstəriciyə görə sıralama: saytda keçirilən vaxt və bir sayt ziyarətinə baxılan səhifə sayı. Hər iki göstəriciyə görə turbo.az saytı liderdir.
Keçən il ərzində Google-da ən çox axtarılan sözlər. YouTube sözünü hələ də düzgün yazmağa öyrənməmişik.
Əhalinin 27% sosial mediadan aktiv istifadə edir. Onların da 67% sosial şəbəkələrə mobildən daxil olur.
Son bir ildə Facebook istifadəçi sayı 29% artıb. Facebookda qeydiyyatdan keçən hər 3 nəfərdən 2-si kişidir.
Digital in 2018 hesabatının ən maraqlı statistikası:
1. Səhifə bəyənmələri ortalama olaraq cəmi cümlətani 0,16% artıb (artıq millətimiz heç kimi bəyənmir).
2. Postların istifadəçilərə göstərilməsi (səhifə bəyənmələrin nisbətən) 14,3% artıb.
3. Postların istifadəçilərə orqanik göstərilməsi (səhifə bəyənmələrin nisbətən) 7,5% artıb.
4. Səhifələrin cəmi 22,9% öz postlarını reklam edir.
5. Ümumi göstərilən postların cəmi 31,7% ödənişli reklam hesabına göstərilib.
Əvvəlkindən daha maraqlı statistika:
1. Ortalama Facebook postun engagement göstəricisi 4,36% təşkil edir (bençmark olaraq bu göstəricidən istifadə etmək mümkündür).
2. Video postlar üçün engagement göstəricisi 5,01% təşkil edir (yəni Facebookda o qədər də çox videolara baxmırıq).
3. Link olan postların engagement göstəricisi 5,38% təşkil edir.
4. Ən çox engagement: 6,49% status yenilənməsi postlarına gəlir.
Digital in 2018 hesabatına görə Instagramda vəziyyət necədir?
1. 2 mln aktiv istifadəçisi var – yəni əhalinin 20%.
2. Instagramda gender barədə vəziyyət Facebookdan azca fərqlənir – 35% qadın profili kimi qeydiyyatdan keçib.
11,28 mln sim nömrə aktiv olaraq şəbəkərə qoşulub. Onlardan da ancaq 18% aylıq abunə olan nömrələrdir. 3G və 4G olan mobil cihazlar 43% təşkil edir.
Mobil qoşulma indeksinə görə Azərbaycanın göstəricisi yüz üzərindən 60,38 təşkil edir. Mobil şəbəkə, aidiyatı xidmət və kontent olaraq zəif olsaq xidmətlərin və cihazların əlçatılan olması baxımından vəziyyət nisbətən yaxşıdır.
Maliyyə göstəriciləri də kifayət qədər maraqlıdır:
1. Əhalinin 29%-nın bank hesabı var.
2. Əhalinin ancaq 9%-i bank kartına sahibdir.
3. Azərbaycanlıların cəmi 4% onlayn alış-veriş edir.
4. Qadınların ancaq 6%-da, kişilərin 11%-da bank kartı var.
5. Qadınların 3%-i, kişilərin 6% onlayn üzərindən alış-veriş edir.
Hesabatda əks olunan ölkəmizə aid maraqlı statistik məlumat bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.