Biznes və marketinqdə hər nə olunursa bir məqsəd ilə edilir. İstənilən şirkətin (sahibkarın) əsas məqsədi pul qazanmaqdır, qazandırmaqdır. Bu məqsədə nail olmaq üçün şirkətin hər üzvünün də qarşısına daha kiçik məqsədlər qoyulmalı, bu məqsədlərə hansı səviyyədə nail olunmasına da nəzarət olunmalıdır.

Məqsədə yönəlmiş şəkildə işləyən komanda daha effektiv iş göstərir. Komandanın effektivliyini artırmaq üçün hər bir üzvünün qarşısına 3+1 məqsədlər sisteminə əsasən 4 cür hədəf qoyulmalıdır:

1. Şirkətin əsas məqsədi mənfəətdir:

Şöbəsindən asılı olmadan bütün işçilərin əsas məqsədi şirkətə pul qazandırmaq olmalıdır. Ziyanla işləyən şirkət maaş verə bilmir və qısa zamanda bağlanmağa məhkumdur. Hər bir işçi gördüyü işin şirkət üçün faydalı və şirkətə mənfəət qazandırdığına inanmalıdır. Xəstəxanının təmizlik işçisi gələn müştərilərin xəstəxanın təmizliyinə fikir verdiyini düşünərək öz vəzifə borcunu yerinə yetirsə daha həvəsli çalışacaqdır.

2. Tutduğu vəzifəyə aid məqsəd:

İşçinin vəzifə öhdəliklərindən irəli gələn məqsədlərdir — nizam-intizam, müştərilərə xoş münasibət, cari tapşırıqların yerinə yetirilməsi və s. Hər bir işçi bu tələbləri yerinə yetirməlidir ki, şirkət düzgün və səmərəli fəaliyyət göstərə bilsin. Bu siyahıya çox var yumşaq bacarıqları əlavə edirlər ki, hansılar işçinin şirkətdə qalmasına və effektiv işləməsinə imkan yaradır.

3. Vəzifəsinə aid ölçülə bilən hədəflər:

Satış heyəti üçün satış hədəfləri, maliyyə şöbəsi üçün maliyyə vəsaitinin idarə olunmasının keyfiyyət göstəriciləri də şirkətin məqsədlərinə nail olması üçün çox vacibdir. Ümumi məqsəd olan mənfəətin əmələ gəlməsi üçün şirkətin hər bir bölməsi qarşısına qoyulan məqsədlərə nail olmalıdır. Bu məqsədlərin ölçülə bilən olması icrasını da, nəzarəti də asanlaşdırır.

4. İşçinin şəxsi inikafına yönəlmiş məqsəd:

Rəqabət şirkətdən daimi inkişaf tələb edir. Şirkətin əsas resursu olan işçiləri də daima öz bilik və bacarıqlarını təkminləşdirməlidir. İşçinin qabiliyyət və bacarıqlarını inkişaf etdirəcək, peşə vərdişlərini təkminləşdirəcək, komanda daxilində mövqeyini yaxşılaşdıracaq treyninq və kurslar kimi. Məşhur bir sözdə deyildiyi kimi:

HR menecer: “Müdir, biz treyninqlərə bu qədər pul xərcləyirik, işçilərimizin peşə bacavrıqlarını artırırıq. Onlar şirkətimizdən getsələr bizə ziyan dəyməyəcək?”

Müdir: “Bəs təsəvvür etdi ki, biz işçiləri yetişdirməsələr və onlar bizim şirkətdə qalsalar nə baş verəcək?”

Bu 4 məqsəd maşının 4 təkəri kimidir. Bir təkər deşilsə yamamaq, xarab olsa dəyişmək lazımdır. Komanda rəhbərinin qarşısında duran əsas vəzifə bu məqsədləri təyin etmək, komanda üzvlərini bu məqsədlərə nail olmaq üçün həvəsləndirmək, uğurlarına görə mükafatlandırmaq və bacarmayanları əvəz etməkdir.