İlk 100 müştərini necə tapmaq olar: 5 praktik üsul

İlk 100 müştərini necə tapacaqsan?

Bu sual hər startup founder-in gecələr yuxusunu qaçırır. Məhsulun hazırdır, landing page yaradılıb, amma müştəri yoxdur. Reklam etməyə pul yoxdur, brend tanınmır, network kiçikdir.

24 illik marketinq təcrübəmdə və son illərdə Azərbaycan startupları ilə işlədikcə gördüm ki, ilk 100 müştərini tapmaq ən çətin, amma ən önəmli addımdır.

Niyə? Çünki:

  • İlk 100 müştəri sizə PMF (Product-Market Fit) haqqında deyir
  • Onlar sizin ən yaxşı ambassador-larınız olacaq
  • Onlardan öyrənəcəyiniz dərs növbəti 10,000 müştəri üçün yol xəritəsidir

Gəlin real taktikalara baxaq.

Üsul 1: Founder Sales (Sən özün sat!)

İlk müştəriləri founder özü tapmalı və satmalıdır. Agency yox, sales team yox - SƏN.

Niyə?

  • Məhsulu ən yaxşı sən tanıyırsan
  • Müştəri feedback-i birbaşa alırsan
  • Trust qurulur (founder ilə danışmaq fərqlidir)
  • Heç bir xərc yoxdur

Necə?

1. LinkedIn-də 100 potensial müştəri tap

Kriteriyalar:

  • Senin ICP-nə (Ideal Customer Profile) uyğun
  • Aktivdirlər (hər həftə post paylaşır)
  • Problemin onlarda var

2. Personalized mesaj göndər

Pis nümunə:

“Salam, bizim startup haqqında danışmaq istəyirəm…”

Yaxşı nümunə:

“Salam [Ad], LinkedIn-də [konkret post] gördüm və sizin [problem] ilə üzləşdiyinizi anladım. Biz məhz bu problemi həll edən həll üzərində işləyirik. 15 dəqiqə söhbət etmək olarmı?”

3. Qısa Zoom call + Demo

  • İlk 5 dəqiqə: onun problemini anla
  • 5 dəqiqə: demo göstər
  • Son 5 dəqiqə: feedback al, növbəti addım

Azərbaycan nümunəsi:

Local SaaS startup founder 2 ay ərzində LinkedIn-də hər gün 10 personalized mesaj göndərdi. 200 mesajdan 45 cavab, 20 demo, 8 pilot müştəri.

ROI: $0 xərc, 8 müştəri, hər müştəridən orta $200/ay = $1600 MRR

Dərs: Sıçrayışa ehtiyac yoxdur. Sadəcə hər gün 10 mesaj.

Üsul 2: Mövcud Network-u İşlət

Sənin ətrafında 50-100 insan var: dostlar, əvvəlki iş yoldaşları, universitet yoldaşları.

İşləyən taktika:

1. İlk çevrə: 10 nəfər

Ən yaxın 10 nəfərə mesaj:

“Hey [Ad], yeni bir şey qururam və ilk test edənlərdən olmaq istəyirsənmi? Tam pulsuz, feedback istəyirəm.”

2. İkinci çevrə: referral

İlk 10-dan hər biri orta 2 nəfəri referral edərsə = 20 nəfər daha.

3. WhatsApp Status + Telegram Channel

Hər gün update paylaş:

  • Bu gün nə etdin
  • Necə feedback aldın
  • Nə öyrəndin

İnsanlar maraqlı səyahəti izləməyi sevirlər.

Üsul 3: Content Marketing (Uzunmüddətli)

Content marketing slow burn-dir, amma ən effektivdir.

LinkedIn Strategiyası (Azərbaycan üçün)

1. Hər gün 1 post

Format:

  • Şəxsi hekayə
  • Öyrəndiklərin
  • Uğursuzluğun (vulnerability works!)
  • Praktik tip

2. Niche seç

Ümumi yox, dəqiq mövzu:

  • ❌ “Marketinq haqqında yazıram”
  • ✅ “B2B SaaS startup growth haqqında yazıram”

3. Həftədə 3 dəfə engagement

Başqalarının postlarına:

  • Düşünülmüş comment yaz
  • Öz təcrübəni əlavə et
  • Sualla sual ver

Real case:

Founder 6 ay hər gün LinkedIn-də post paylaşdı:

  • 1-ci ay: 200 follower
  • 3-cü ay: 1,500 follower
  • 6-cı ay: 5,000 follower + 30 inbound lead

Dərs: Content marketing marathon-dur, sprint deyil.

Üsul 4: Community Building

Müştəriləri tapmaqdansa, müştərilərin olduğu yerdə ol.

Azərbaycanda communities:

Online:

  • Telegram qrupları (biznes, startup, marketing)
  • Facebook qrupları
  • LinkedIn groups
  • Discord serverləri

Offline:

  • Startup Grind Baku
  • İnnoland events
  • Tech meetups
  • Industry conferences

Necə işə yarayır?

  1. İlk 2 ay sadəcə help et

    • Sualları cavablandır
    • Resurs paylaş
    • Introduce et
  2. Etibarlıq qazandıqda məhsuldan danış

    • “Bu problemi necə həll etdim” formatında
    • Satış yox, case study
  3. Beta tester çağır

    • Community-dən early adopters tap
    • Onları special hiss etdir

Üsul 5: Partnerships & Collaboration

Tək getmək çətin, birlikdə getmək sürətlidir.

Necə partnership tap?

1. Complementary məhsullar tap

Məsələn:

  • Sən CRM satırsan → Accounting software ilə partner ol
  • Sən e-commerce tool satırsan → Shipping company ilə

2. Co-marketing campaign

  • Webinar birlikdə keçirin
  • Content birlikdə hazırlayın
  • Bir-birini cross-promote edin

3. Affiliate program

İlk 10 müştərini affiliate-ə çevir:

  • Hər referral $20 cashback
  • və ya 1 ay free premium

Praktik nümunə:

E-learning platform Instagram-da 50K+ followerlu influencer-la deal etdi:

Deal: Influencer auditoriyas na 50% discount code verir, hər satışdan 30% commission alır.

Nəticə: 1 həftədə 150 yeni müştəri, $3,000 revenue.

Dərs: Sənin auditoriyan yoxdursa, başqasının auditoriyasından istifadə et.

Bonus: Cold Outreach (Advanced)

Cold outreach işləmir deyərlər. Yalan!

Düzgün edəndə işləyir:

Formula:

  1. Hyper-targeted list (50-100 nəfər)
  2. Personalized mesaj (research et, 10 dəq hər nəfərə)
  3. Value-first approach (sat yox, kömək et)
  4. Follow-up (1 mesajla durma, 3-4 dəfə yaz)

Template:

Salam [Ad],

[Onun haqqında spesifik müşahidə]

Biz [məhsul] üzərində işləyirik və [onun problemi] həll edirik.

Sizin kimi [titl] üçün 15 dəqiqəlik demo hazırlamışıq.

Bu həftə 10 dəqiqə vaxtınız varmı?

[İmza]

P.S. [şəxsi touch point]

İlk 100 Müştəri Roadmap

Həftə 1-2: Foundation

  • ICP müəyyən et
  • Landing page yarat
  • Pitch hazırla

Həftə 3-4: Network

  • 50 əlaqəyə mesaj göndər
  • 10 demo keçir
  • İlk 5 müştəri

Həftə 5-8: Content

  • Hər gün LinkedIn post
  • Hər həftə blog yazı
  • Community-də aktiv ol

Həftə 9-12: Scale

  • Partnership tap
  • Referral program başlat
  • Cold outreach

Həftə 13-16: Optimize

  • İşləyəni double down et
  • İşləməyəni durdur
  • 100 müştəriyə çat

Nəticə

İlk 100 müştəri tapmaq heç də raket elm deyil. Sadəcə:

  1. Hər gün action götür - 10 mesaj, 1 post, 2 meeting
  2. Müştəri ilə danış - demo yox, problem-solving session
  3. Bir şeyə fokuslan - 5 taktikanı pis etməkdənsə, 1 taktikanı əla et
  4. Ölç və öyrən - nə işləyir, nə işləmir
  5. Tələsmə - 100 müştəri 3-6 ay lazım olacaq

Unutma: İlk 100 müştəri çətin olacaq. Növbəti 1000 daha asan. Növbəti 10,000 daha da asan.

Çünki sistem qurmuş olacaqsan.

İndi hərəkət et. İlk 10 müştəriyə mesaj yaz! 🚀