IKEA dünyada ən uğurlu marketinq həyata keçirən şirkətlərdən biridir. IKEA mağazasında olmamısınıza bu bloq yazısı sizə bir az maraqsız gələ bilər. Amma hər bir halda sona qədər oxuyub, IKEA mağazalarında tətbiq olunan marketinq hiylələri ilə tanış olun.

1. Frikadelka effekti

IKEA frikadelka

Bu effekt nədir? Ac müştəri pis müştəridir. İKEA mağazaları da çox böyük olduğuna görə adətən müştərilər yolun ortasında acırlar. Restoranda satılan frikadelkalar isə həm dadlı, həm də ucuzdur. Qiymətdə ucuz olması öz növbəsində müştəridə ümumən İKEA mağazasının da sərfəli olması düşüncəsi yaradır.

2. Qeyri-standart matraslar

İKEA-da satılan matraslar və yastıqlar digər mağazalarda satılanlardan ölçülərinə görə fərqlənir. Əgər belə bir matras almısınızsa onun örtüyünü və digər tekstilini də ancaq İKEA-dan ala bilərsiz.

3. Biganə satıcılar

İKEA mağazalarındakı satıcılar sizə heç vaxt yaxınlaşmaz. Niyə? Çünki sizə xəyal qurmağa imkan vermək istəyirlər. Mallar o qədər düzgün düzülüb ki, müştəri aldıqca almaq istəyir. Boşqab alan ona bənzəyən qaşıq dəsti alır, pərdəni alan karniz də alır və s. Satıcılar bu prosesə niyə mane olsunlarki? Amma sizə satıcı məsləhəti lazım olsa başını qaldırmağınız kifayətdir – sarı geyimdə olan işçiləri mağazada seçmək heç də çətin olmayacaq.

4. Mağazanın daxili planı

Ekspertlərin hesablamalarına görə İKEA-dakı alışların 60% öncədən planlaşdırılmır. Bir mağaza üçün bu göstərici çox böyük uğurdur. Səbəbi isə daha çox planlama ilə bağlıdır. Mağazaların labirint şəklində olması, xırda məhsulların bir neçə yerdə sərgilənməsi kimi merçandayzinq fəndləri müştərini mağazada daha çox vaxt keçirməyə, və deməli daha çox almağa məcbur edir.

5. Mebeli niyə özümüz yığırıq

Bir çox adama maraqlıdır ki, niyə İKEA satdığı mebeli bizim özümüzə yığmağa məcbur edir. Səbəb yenə də psixoloji səviyyədədir – uşaq özü düzəltdiyi oyuncağı ilə necə fəxr edirsə, aldığımız mebeli özümüz yığıb sevinc, fəxr kimi müsbət emosiyalar yaşayırıq. Bu da öz növbəsində brendin müsbət emosiya ilə yadda qalmasını təmin edir.

IKEA family

6. Pəncərə olmaması

“Kazino effekti” İKEA mağazalarında da keçərlidir. Pəncərələr gün işığını buraxdığına görə mağazadakı müştərilərə vaxt barədə xəbərçidir. Pəncərə olmayanda isə müştəri vaxt hissini itirir və mağazada daha çox vaxt keçirir. Divarlarda saatların olmamasın da səbəbi eynidir.

7. Dondurma effekti

Arabanızı doldurub kassaya yaxınlaşdınız. “Ödəmə ağrısı” anı yaxınlaşır. Amma kassadan çıxanda sizi dondurma stendini görürsüz. Orda satılan dondurma ucuz olduğuna görə (uşaqla olsanız həm də) dondurmaya yox deyə bilmirsiz. İKEA səfərinizi dadlı dondurma ilə bitirdiyinizə görə də yaddaşda ancaq müsbət xoş emosiyalar qalır.

8. Karandaş effekti

İKEA karandaşı brendin ayrılmaz hissəsidir və mağazada olarkən istədiyiniz qədər karandaş götürə bilərsiz. Bunu bilərəkdən ediblər – Karandaş effekti ilə siz karandaşı pulsuz götürüb özünüzü bir növü İKEA-ya qarşı minnətli hesab edir və daha çox alırsız.

9. Uşaq əyləncə zonası

IKEA uşaq bağçası

Bir çox ailələr İKEA-da uzun vaxt keçirdiyinə görə özü ilə uşaqlarını aparmalı olur. Uşaqlar ilə isə mağazada vaxt keçirmək çox əziyyətli ola bilər. İKEA mağazasında Småland uşaq əyləncə zonası olur və ilk saatı pulsuzdur. Bu da ailələrə çox sərf edir.

10. Xüsusi qiymət siyasəti

İKEA-nın adgünü, toy, parti keçirənlərin alış potensialını nəzərə alaraq xüsusi qiymət siyasəti həyata keçirir – bu tip tədbirlər üçün nəzərdə tutulan məhsullar adətən çox ucuz olur. Bu siyasətlə İKEA həm özünü mövqləndirir, həm də tədbir keçirənlər üçün qənaət imkanı yaratmaqla brendinə qarşı müsbət emosiya yaradır.

11. Texnologiya trendlərini öncədən görmə

İKEA özü texkina istehsal etməsə də texnologiya trendlərini yaxından izləyir və öncədən görməyə çalışır. Misal üçün, IKEA evdəki televizorun nə qədər əhəmiyyətli olduğunu öncədən görərək mebel siyasətini ona uyğunlaşdırdı: daha öncə TVlərin yeri evin bir küncü idi, 2000-ci illərdən başlayaraq isə monitorların incəlməsi ilə TVnin yeri otağın mərkəzinə dəyişdi. Bu da öz növbəsində bütün mebel konseptini dəyişdirdi – divanlar küncə keçdi, masalar balacalaşdı və s.

12. Güclü brendinq və marketinq

Bir çox mebel brendi emosional marketinq etsə də IKEA praktik konseptini tamamlayan və emosiyalardan uzaq brendinq və marketinq həyata keçirir. Bu məşhur reklam videosunda olduğu kimi:

Bizim bildyimiz sirrlər bunlardır, amma əminik ki bilmədiyimiz marketinq hiyləsi daha çoxdur. IKEA dünyada ən çox tanıtan İsveç brendidir (Volvo ilə yanaşı). Soyuqqanlı skandinavların bu cür uğur əldə etməsi də marketinq tarixinin öyrəniləcək keyslərindən biridir.

İlkin mənbə