Tarixi çox sevən marketer kimi marketinqə çox vaxt tarixi perespektivdən və tarixdən öyrəniləcək dərslərin prizmasından baxıram. Bəşəriyyət tarixinə adını Dahi olaraq yazan şəxsiyyətlərin həyatlarından da marketinqə aid ibrətlər axtarıram. Bu bloq yazısında sizinlə qarşıma çıxan bir məqaləni tərcümə edib bəhs etdiyim yanaşmamı tarixi şəxsiyyətlər timsalında izah edəcəm. Dahilərdən öyrənəcəyimiz marketinq dərsi kimi.

1. Aristotel (Ərəstun)

Aristotel marketinq dərsi

Antik Yunanıstanın ən məşhur dahilərindən Aristotle ritorika adlı inandırma sənətinin banisidir. İnandırma isə marketinqin təməl daşlarından olduğuna görə hər bir marketer ritorika sənətini bilməlidir. Xüsusən kreativ və kontent hazırlayanlar.

Ritorika 3 əsas kateqoriyaya bölünür:

  • Logos: İnandırma gücü çatdırılmaq istənilən fikrinin məntiqli olmasına bağlıdır. Məntiqə əsaslanan yanaşma və bu məntiqi dəstəkləyən faktlar vasitəsilə Logos qarşısındakını inandırmağa çalışır.
  • Pathos: Məntiq yetərsiz və ya mövzü məntiqdən uzaq olanda Pafos (yəni emosiya) öz sözünü deməyə çalışır. Potensial müştərinin emosiyalarına xitab edərək, duzlu-şirin hekayələr ilə əyləndirərək brend, müştəri ilə emosional bağ yaradıb onu alışa inandırmağa çalışır.
  • Ethos: Bəzən isə nə məntiq, nə də ki emosiya potensial müştərini inandırmağa yetərsiz qalır. Bu səfər məsələnin etik tərəfinə xitab edərək, KSM, PR kimi marketinq alətləri brendin köməyinə gəlir.

Brend mövqeləndirilməsi, brend hekayəsi və brend dəyərləri hazırlanarkən ritorikanın bu 3 alətindən istifadə edin. Ritorika sizə və sizin brendə inandırıcılıq qatacaq, brendə qarşı olan etibarı artıracaq və müsbət reputasiya qazandıracaqdır.

2. Dahi Sokrat

sokrat marketinq dərsi

Socrates məntiqə və fəlsəfəyə sokrat metodunu gətirib. Sokrat metodu suallar soruşmaqla və müzakirəyə fərqli fikirlər gətirməklə yeni ideyaların yaradılmasını hədəfləyir.

Sokrat metodu sosial media üzərindən izləyicilər isə ünsiyyətin qurulmasında və aparılmasında olduqca effektiv ola bilər. Bildiyimiz kimi sosial mediada brendlərin əsas məqsədi izləyicilər ilə interaktiv ünsiyyətdir. Çünki səhifənin postlarına nə qədər çox reaksiya, şərh və paylaşım gələrsə sosial şəbəkənin alqoritmi həmin paylaşımı daha çox insana orqanik çatdırır.

Sosial media və kontent strategiyasının hazırlanmasında və icrasında sokrat metodu işinizə çox yarayacaq. İzləyicilərinizi müzakirəyə cəlb etməklə siz, kontent ideyaları və relevant mövzuları asanlıqla müəyyən edə bilərsiz. Hətta yeni məhsul ideyaları da yarana bilər.

Sokratın bu dahi metodunun ən lazımlı tətbiq sahəsi isə heç şübhəsiz kök atmış inancların, yanaşmaların, inanc və düşüncələrin sorğulanmasıdır. Yenilik, yaradılıcıq və kreativ adiləşən mövzülara fərqli baxış tələb edir – bu həqiqəti heç bir zaman unutmayın.

3. Oprah Winfrey

dahi oprah marketinq dərsi

Oprah Winfrey-i bir sözlə tanıt desələr hər kəs “Dürüst” deyər. Yoxsul bir ailədə doğulan, hazırda isə ABŞ-ın ən zəngin qadınlarından olan Oprah, həyatı boyu dürüstlüyünə sadiq qalıb. Həm özünə, həm də izləyicilərinə, onu sevənlərinə qarşı. Bu mövqeyi ilə o, öz brendinə qarşı sonsuz etibar və sevgi yaradıb.

Müasir marketinqdə brendlər də Oprah kimi səmimi və dürüst, dəyərlərinə sadiq, izləyicisi ilə ünsiyyətə açıq olmağı bacarmalıdırlar.

4. Abraham Lincoln

dahi linkoln

ABŞ-ın 16-cı prezidenti Abraham Lincoln ABŞ tarixinin ən çətin dönəmində dövlətə rəhbərlik etdi. Amma tarix onu, Amerika Vətəndaş Müharibəsində qələbə çalmasından daha çox quldarlığa son qoyması ilə yadda saxladı.

Linkolnun dahiliyi onun natiqlik qabiliyyətində, daha dəqiq desək 1863-cü ildə səsləndirdiyi Gettysburg müraciətində ən parlaq şəkildə əks olunub. Bu çıxış ABŞ tarixinin ən çox sitat olunan əsəridir və 150 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də ABŞ siyasi təfəkkürünün və düşüncəsinin əsaslandığı təməl daşlardındır.

Dahi Linkolnun bir çox məşhur sözü marketinq prinsipi kimi dəyərləndirilə bilər. Misal üçün:

“Ağacı kəsmək üçün mənə 6 saat verin, onun 4 saatını baltanı itiləməyə həsr edərəm” Abraham Lincoln

Marketinq – plan əsasında qurulmaqla, düzgün alətlərdən istifadə etməklə və tələb olunan resursları cəlb etməklə həyata keçirildiyi təqdirdə effektiv olur. Həmçinin, hər bir ideyanı test etmək effektiv marketerlərin adətlərindəndir.

“Mən yavaş gedə bilərəm, amma heç vaxt arxaya getmərəm” Abraham Lincoln

Marketinqin gücü davamlı olmasındadır. P&G kimi şirkətlərin təcrübəsi göstərir ki, heç də hər zaman tələsməklə, bazara ilk girməklə uzun müddətli perespektivdə uğur qazanmaq olmur. Hədəfinə doğru kiçik də olsa əmin addımlarla gedən brendlər uğur qazanmağa məhkumdur.

5. Martin Luther King Jr.

dahi martin luter king

Martin Luther King Jr. ABŞ-da qaradərililərin vətəndaş hüquqları uğurunda mübarizəsinin lideri kimi marketinq üçün də çox simvolikdir. Onun həyatı və inancı uğrunda mübarizəsi bizə çox vacib bir dərs verir: hər bir brendin bir məfkurəsi olmalıdır. Və brend, məfkurəsinə sona qədər sadiq qalaraq müştərisinə dəyər yaratmalıdır. Müştərilər pullarını verib məhsulu alsalar da, əslində verdiyi pul ilə brendə dəstək olur, ondan sabah da məhsul almaq istədiklərini nümayiş etdirirlər.

Martin Luther King-in “I Have a Dream” (“Bir xəyalım var”) çıxışı kimi bir brend məfkurəniz varsa, əmin olun ki, müştəriniz onu hər kəsə yayacaq, sizin brendə qarşı sevgi bəsləyəcək və sizi heç bir rəqibinizə dəyişməyəcəklər.

6. Kleopatra

dahi kleopatra

Cleopatra 30 ilə yaxın Misirə hökmranlıq edib. İlk öncə Sezar, daha sonra isə Mark Anthony ilə ittifaq quraraq Misirin vahidliyini qoruyub və dövləti gücləndirib.

Kleopatranın hekayəsindən bir marketerin ala biləcəyi ən böyük dərs nədir? Kleopatranın əsas qayəsi Misiri vahid və öz adətlərinə sadiq qalan bir dövlət kimi qorumaq idi. Müxtəlif ittifaqlar quraraq o, hər zaman öz ülvi məqsədi üçün çalışdı, öz qardaşını belə bu mübarizədə qurban verdi. Kleopatra, vahid rəsmi görə bilirdi – etdiyi güzəştlərə və geri çəkilmələrə görə tənqid olunsa da nəticədə öz istədiklərinə nail ola bilirdi.

Hər bir dahi marketer də brendi, şirkəti üçün çizdiyi strategiyanı həyata keçirməkdə davamlı və sabit olmalıdır. Brendin bazar payı naminə qısa müddətli ittifaqlara girmək labüddür. Amma məşhur marketinq prinsipində deyildiyi kimi: “Yaxşı rəqib, müflis rəqibdir” sözünü heç vaxt unutmaq olmaz. “Niyə brend var, brendin əsas qayəsi nədir?” sualına cavab verməkdə tərəddüd etməməlisiz. Hər bir marketinq səyiniz əsas qayənin həyata keçməsinə xitab etməlidir: davamlı satış.