Marketer gələcəyə hazır olmalıdır. Texnologiyanın sürətli inkişafı fonunda marketinq də sürətli dəyişir, marketinq barədə biliklərimiz köhnəlir, adət etdiyimiz alətlər və üsullar özünü (əvvəlki qədər) doğrultmur, Biznesin arzulanan effektivliyinə nail olmaq üçün marketer texnoloji yenilikləri təqib etməli, marketinqin gələcəyini şəkilləndirəcək alətləri tətbiq etməkdə gecikməməlidir. Bloqumuzda bu mövzuya aid silsilə yazılar yazmığı düşünürəm. İlk yazıda Big Data barədə danışacağıq.

Big Data – böyük həcmdə olub davamlı şəkildə artan məlumat toplusudur.

Marketinqdə Big Data dedikdə əsasən potensial və cari müştərilər haqqında toplanan demoqrafik, psixoqrafik və davranış, alış trendləri və vərdişləri barədə məlumatlar nəzərdə tutulur. Big Data şirkət tərəfindən stukturlaşdırılmış və xam halda ola bilər. Bu datanı emal etmək üçün brendlər SaaS (software as a service) şirkətlərin xidmətlərindən istifadə edir: Google, MailChimp, SurveyMonkey, Microsoft, Adobe, Shopify, Salesforce kimi. Şirkətlər üçün Big Datanın ən böyük faydası müştərini daha yaxından tanımaq, əldə olunan insaytdan istifadə edib daha yaxşı xidmət göstərib müştəri məmnuniyyətini artırmaq imkanıdır.

Marketerlər Big Data haqqında bu tvitdən sonra düşünməyə başladı. Müəllif iddia edir ki, “Big Data analizi olmadan şirkətlər kor və kardır, magistral yola çıxan maral kimi internetdə dolaşırlar”. Big Data internetin yayılması ilə yarandı, internet Big Datanı toplamağa, cloud-da saxlamağa, şaxələndirməyə, analiz və istifadə etməyə imkan verdi.

Marketerlər Big Data məlumatlarını öz işində necə istifadə edə bilər?

1. Müştərini daha yaxşı tanımaq üçün

İnternetə qoşulan insan iz qoyur. Daxil olduğu saytda cookies qoymaqla, qeydiyyatdan keçib email və ya mobil nömrəsini daxil etməklə, mobil tətbiqdən mənzilinə pizza sifariş verməklə, video və ya musiqiyə qulaq asmaqla… Bütün bu məlumatlar datadır – bizim kim olduğumuzu bildirən, bizim maraq və istəklərimizi nümayiş etdirən data. Bu datanı toplayıb analiz etməklə biz istənilən sorğudan daha düzgün nəticələr əldə edə bilərik, çünki sorğularda insanlar 100% dürüst olmur. Data isə faktdır. Big Data isə həqiqətdir.

big data marketinq

2. Effektiv planlama və hədəfləmə üçün

Marketinq hədəf qoymaqdan və planlamadan başlayır. Bunun üçün marketinq müxtəlif araşdırmalar edir, araşdırma nəticəsində toplanan məlumatları analiz edərək hədəflər qoyur, bu hədəflərə nail olmaq üçün planlar hazırlayır. Big Data sayəsində marketerlər daha etibarlı və daha təfərrüatlı dataya sahib olur. Misal üçün, Google Ads-da açar sözləri araşdırarkən hər birinin axtarış həcmini görmək olur. Bu bizə potensial müştərimizin hazırkı tələbləri barədə məlumatlı olmağa imkan verir. Eyni zamanda axtarış həcmini bildiyimizə görə daha SMART məqsədlər təyin edə, resursları daha düzgün bölüşdürə bilərik.

3. Marketinq fəaliyyətlərimizi optimallaşdırmaq üçün

Düzgün planlama 100% uğur demək deyil – marketinq prosesi boyu biz, fəaliyyətlərimizi davamlı şəkildə optimallaşdırmağa və effektivliyini artırmağa çalışmalıyıq. Big Data bu işdə də bizim köməyimizə gəlir:
a) bazarda dəyişən trendlər barədə operativ məlumatlar almaqla biz icra etdiyimiz marketinq fəaliyyətlərinə gecikmədən düzəlişlər edə bilərik;
b) şirkət daxili datanı analiz etməklə satışın hansı kanalda daha effektiv olduğunu görə, daha zəif kanalları ixtisar etməklə ROİ göstəricimizi yaxşılaşdıra bilərik.
Misal üçün: Big Data göstərir ki, 18-20 yaş xanımlar cümə günləri saat 19-21 arası İnstagramda Explore bölməsinindən daha aktiv istifadə edir. Bu vaxt aralığında bu hədəf auditoriyası üçün hədəflənən kontent reklamı daha effektiv olacaqdır.

4. Məhsul və xidmətlərimizi təkminləşdirmək üçün

Big Data məhsul və xidmətimiz barədə də məlumat verir – müştərilərimiz əmtəəmizi necə istifadə edir, nəyi bəyənir, nədən xoşlanmırlar, istifadə tezliyinə təsir edən amillər hansıdır və s. Bu datanı düzgün analiz etməklə marketer davamlı şəkildə əmtəəsini təkminləşdirə bilər, hətta bir məhsulun hər seqment üçün fərqli modifikasiyasını hazırlaya bilər. Misal üçün onlayn abunə paketlərinin çox sayda fərqli şərtləri ola bilər: öncədən ödəyib qənaət etməyi xoşlayanlar üçün, ilk 3 ayda az ödəyib yoxlamaq istəyənlər üçün, hər üçüncü ay hədiyyə almağı xoşlayanlar üçün və sayrı və ilaxır.

Big Data marketinq keyslərdə

big-data-netflix

Netflix
2018-ci ildə Netlix ilə bağlı bir qalmaqal yaşandı. İzləyicilər iddia edirdilər ki, eyni film fərqli insanlara fərqli poster şəkli ilə göstərilir. Həmin filmdə sizin bəyəndiyiniz aktyor oynayırsa siz onun şəkli olan posteri görürsüz, filmdə iştirakı 5 dəqiqəlik olsa belə. Və ya qaradərililərə qaradərili aktyorların posteri göstərilir kimi. Netfilx açıqlamasında bildirdi ki, bunu edən Aİ-dır (süni zəka), hansıki izləyicilərin izləmə datasını toplayaraq ən optimal seçim təklif edir.
Netflix Big Datadan təkçə izləyicilərə film göstərmək üçün istifadə etmir. İzləyicilərin daha çox maraq göstərdiyi mövzuları, aktyorları, ssenari məqamlarını film istehsal edərkən nəzərə alır. Təsadüfi deyil ki, bu data sayəsində Netflixin son filmləri çox uğurlu oldu.

big-data atlanta falcons

Atlanta Falcons
ABŞ-ın populyar idman klubu oyunçuların oyun və məşg zamanı GPS: oyun meydançasında hərəkət datasını toplayır və bu məlumat əsasında məşqçilər oyun üçün planlar qurur.

ABŞ Epidemiyalara Nəzarət Agentliyi
Bu Agentlik Google ilə əməkdaşlıq edərək bölgələr üzrə qripin Google Axtarışda axtarılma sayına görə epidemiya ocaqlarını təsbit edə bilir.

The Weather Channel
Dünyanın ən populyar hava proqnozları saytlarından biri dünya üzrə 3 milyon məkanda yaşayan istifadəçilərinin datası toplayıb hava təxminləri ilə birləşdirərək reklamverənlərə unikal hədəfləmə və seqmentasiya imkanları verir.

UberPool
Uber Londonda ən populyar taxi istiqamətlərini Big Data sayəsidə müəyyən edərək qənəat etmək istəyən, ekologiya naminə avtomobil sürməyi azaldan insanlar üçün UberPool yaratdı – bu mobil tətbiqdən istifadə edərək siz car-sharing edə bilərsiz: eyni istiqamətdə gedən maşınları tapıb onlarla yola çıxmaq üçün.

UPS
Dünyanın ən nəhəng yük çatdırma xidmətlərindən biri olan UPS il ərzində 100.000 nəqliyyat vasitəsilə 4 milyardan çox bağlama çatdırır. Logistika sistemlərini Big Data nəticəsində analiz edən Proqram sayəsində UPS ildə 364 mil daha az yol qət edərək 39 mln qalon yanacağa qənaət etməyə nail olub.

Bəs Azərbaycanda necə?

Azərbaycan kiçik ölkə olduğuna görə bu həcmdə data toplanması hələki real deyil. Buna baxmayaraq Azərbaycanın ən böyük media satış evi olan New Media artıq bu istiqamətdə hazırlıqlara başlayıb. Hazırda Adviad platformasında tətbiq olunan proqramatik reklam imkanları da müəyyən dərəcədə Big Data fokuslu çalışmaqdadır. Ölkənin aparıcı 3 mobil operatorlarının da birləşək vahid bir Big Data mərkəzi yaratması gündəmin aktual mövzularından biridir. Banklar da müştərilərin kredit və kart xərcləri tarixçələrini birləşdirib unikal bir Big Data mənbəyi yarada bilər. Bütün bunlar Azərbaycanda e-commerce-in, həmçinin digital marketinqin sürətli inkişafına təkan verəcəkdir.