Brendə adqoyma niyə vacibdir?

Yeni məhsulun yaradılması heç şübhəsiz marketinq işinin ən həyacanlı məqamlarından biridir. Uşağa adqoyma kimi hər kəs bu prosesdə iştirak etmək istəyir. Hər kəs yeni adın mümkün qədər kreativ olmasına çalışır, digər adları birləşdirərək, azca dəyişərək yeni adlar yaratmağa can atır. Əslində isə bu proses kreativ olduğu qədər texniki və hüquqidir.

Adqoyma prosesində rəhbər tutulacaq sadə meyarlar var. Bu meyarlar gələcəkdə brend olmasını istədiyimiz adın uğuruna birbaşa təsir edəcək, zirvəyə gedən yolunu asanlaşdıracaqdır. Bu meyarlar aşağıdakılardır:

Adqoyma

Bu meyarlar ilk baxışda sadə və hər kəsə aydın görsənsə də əslində bir çox şirkət öz səhvlərini məhsul bazara təqdim olunandan sonra görür. Təsadüfi deyil ki, biz, bir çox yeni şirkətin fəaliyyətlərinin ilk illərində rebrendinq etdiklərinin şahidi oluruq. Bütün bunlar ilk mərhədə buraxılan səhvlərin, bu meyarlara yetəri qədər əhəmiyyət verməməyin nəticəsidir.

Ad brendin vədini yerinə yetirəcəyinə inandırırmı, onu az da olsa təsvir edirmi? Yeyinti məhsulu təbiilikdən danışırsa “Robotics” adı ona nə qədər uyğun olar?

Məhsul geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulubsa ona Eyjafjallajökull adını qoymağın heç yeri yoxdur. Həm deyilişi, həm də yadda qalması imkanı böyük sual altındadır. Baxın görün peşəkar jurnalistlər belə necə əziyyət çəkirlər:

Və heç şübhəsiz qoyacağınız ad ən azından rəqiblərdən fərlənməlidir. Rəqib restoranların adlarında “bağ” sözləri işlədilirsə yaxşı olar ki siz, yeni restorana ad qoyanda bağ sözü olan adlarını heç nəzərdən keçirməyəsiniz.

İnternet dövrünün yeni tələblərindən biri də internet saytı üçün domain adının məşğul olmamasıdır. Ölkə daxilində sizin adda başqa məhsul və ya xidmət olmasa da dünyanın 170 olkəsinin birində bu sözün olması heç də az ehtimal deyil. Bu səbəbdən də yeni adınızı internetdə araşdırmağı, yeni adın digər şirkət tərəfindən patentləşdirilməsi ehtimalını, mümkün domain adını öncədən düşünməyi də unutmayın. Xüsusən internet üzərindən işləyəcək şirkətlər üçün adqoyma prosesində bu olduqça vacib şərtdir.

Adqoyma həm şirkətin daxilində hazırlana, həm də peşəkar kreativ agentliyinə sifariş verilə bilər. İstənilən halda ilk əvvəl sizin əlinizdə uzun bir siyahı olacaq. Bu siyahını ələkdən keçirəndən sonra tövsiyə olunur ki, maksimum 3 variant üzərində dayanıb potensial müştəriləriniz arasında fokus qrup araşdırması aparasınız. Fokus qrup araşdırması sizə adınıza kənardan baxış fürsəti verəcək. Adı siz təklif etmişsinizsə, sizdə ona qarşı bir emosional bağ yaranır, hansı ki adın bəzən həlledici çatışmamazlıqlarını görməyə imkan vermir. Unutmayın, bu adda məhsulu siz yox, onlar alacaqlar. Onların sözü sizin fikrinizdən daha vacibdir.

Ən sonda isə təsdiq olunan adı patentləşdirməyi unutmayın. Zəmanəmizdə bu adqoyma qədər vacibdir amildir. Patent sənin deyilsə, ad da sənin deyil. Hansı valideyn böyütdüyü uşağın əlindən alınmasını istəyər? Uşağın sənədini vaxtında alın.Uşaq böyüyüb sizə arxa olduğu kimi, ad da böyüyüb brend olanda sizin fəxriniz, qürur mənbəyiniz olacaqdır.

Paylaş:
error: Yazıdan istifadə etmək üçün müəllifə müraciət edin! rashad@mktg.az